
Hörmətli valideynlər və əziz şagirdlər! Distant ibtidai məktəbdə
hazırlıq kompyuter və telefon vasitəsi ilə aparılacaqdır. Valideynin
razılığı əsasında gündə 1 və ya 2 saat ərzində ibtidai sinif
şagirdlərinə mövzular izah ediləcək və çətin məsələlərin və çalışmaların
həllində yardım göstəriləcək. Bu məktəbdə hazırlıq keçməkdən ötrü siz
ahadsalamov@box.az
elektron poçt ünvanına müracət edisiniz. Müraciətdən sonra siz müqavilə
alırsınız və vaxtı, xidmət xərcini razılaşdıqdan sonra aldığınız
hesabı banka ödəyirsiniz.
Bir saatlıq məşğələ üçün ayda 40 manat, iki saatlıq məşğələ üçün ayda
60 manat ödənilməlidir.
Buradakı kurslar saytımızın hər bir ziyarətçisinin üzünə açıqdır. Onlar
buradakı materiallardan sərbəst şəkildə istifadə edərək öz savadlarını
artıra bilərlər. Yalnız sertifikat almaq üçün mütləq qeydiyyatdan keçmək
lazımdır. Həmin şəxslər özlərinə elektron poçt ünvanı açırlar. Cəmi 50
manat ödədikdən sonra müvafiq tapşırıqlar alır və onları yerinə
yetirərək yalnız onlar üçün açılmış elektron poçt ünvanına göndərilir.
Tapşırıqlar yoxlanılır və səhvlərin düzəldilməsinə dair məsləhətlər
verilir. Kursu müvəffəqiyyətlə keçənlər imtahan sualları alır və 50
faizdən artıq nəticə göstərənlər müvafiq olaraq A, B, C kateqoriyalı
sertifikat alırlar. Sertikatın kateqoriyasını dəyişməkdən ötrü imtahan
vermək istəyənlər əlavə olaraq 20 manat xidmət xərci ödəyirlər.
Kompyuter bacarıqları olub, yalnız sertifikat almaq istəyənlər isə
imtahan üçün 30 manat ödəyirlər.
