Yalnız taleyə düşünmədən inanın, eləcə də ona inanmayın. Xoşbəxtliyə
üstünlük verin, ancaq ona yetişməkdən ötrü sizdən asılı olan hər şeyi
edin, sizə yuxarıdan verilən imkanı buraxmayın.
Ləngimələrdən və dayanmalardan qaçın. Bu gün yerinə yetirmək imkanında
olduğunuz və edə biləcəyinizi heç vaxt sabaha saxlamayın
Sizin üçün ən mühüm olan iş indi, hal-hazırda məşğul olduğunuz işdir.
Hər
hansı işi sakit və tam yerinə yetirməyə cəhd edin. Onlarsız keçirmək
olmayan cəldliyi, məharəti və diribaşlığı onlarsız keçinmək lazım olan
tələskənliklə və boş-boşuna işlə, dolaşıq salmayın.
Bir
dəqiqə də olsun yadınızdan çıxarmayın: uğur və xoşbəxtlik həm Tanrıdan,
həm də sizin məşğul olduğunuz işə münasibətinizdən asılıdır.
Özünüzü əxlaqsızlıqla murdarlamayın, vucudunuzun və qəlbinizin
təmizliyinə riayət edin, alçalmayın və başqalarını alçaltmayın.
Başınızı qaldırın, gözlərinizi geniş açın, çiyinlərinizi düzəldin,
özünüzə dərindən təmiz və sağlam hava alın, bir neçə saniyə nəfəsinizi
saxlayın: Sonra ruhunuza çevrilin, öz-özünüzə qətiyyətlə və sarsılmadan
deyin: “Mən özümdə özünütəlqin vasitəsi ilə sehrli qüvvəni inkişaf
etdirmişəm, bu, mənə güclü arzu və yorulmazlıq verir, inamı isə mənə
Allah verir”.
Bütün hərəkətlərinizdə və fəaliyyətinizdə şücaət göstərməklə cürətli və
möhkəm addımlarla məqsədə doğru irəli gedin.
Xoşbəxtliyə gedən yolda hər şeydən öncə özünüzü fiziki və mənəvi
cəhətdən islah edin; özünüzü tədqiq edin və öyrənin, sizi izləyən
uğursuzluqların səbəblərini tapın və onların aradan qaldırılması ilə
məşğul olun. Əgər siz hər hansı fiziki nasazlıqdan, yaxud xəstəlikdən
əziyyət çəkirsinizsə, müalicə ilə məşğul olun. Əgər həmin
uğursuzluqların səbəbi iyrəng adətlərə sürükləyirsə, özünü təlqinetmə və
meditasiya vasitəsilə ondan uzaqlaşmağa can atın.
Lovğalıq, gopçuluq və boşboğazlıq qəlbin ən şiddətli arzu və
ehtiraslarını zəhərləyir.
Çalışqan adam çox iş gürür, ancaq az danışır.
Aldatmayın, ikiüzlülük etməyin.
Öz-özünüzü aldatmayın, onda başqasını da aldada bilməzsiniz.
Firavanlığa, əmin-amanlığa və uğura yetişməkdən ötrü yalandan istifadə
etmək səhv görünür. Yalan istər-istəməz peşimançılığa aparır.
Spirtli işçilərdən, siqaret və narkotik maddələrdən istifadəni həyatda
uğura gedən yolda çətinliklərin və dəhşətli fəlakətlərin mənbəyi saymaq
lazımdır.
Çox
ziyanlı istəklərdən, ehtiraslardan özünü təlqin etmək yolu ilə azad
olmaqdan ötrü bütün qüvvənizi qoyun.
Spirt və tütün beyni zəhərləyir, ağlı dolaşdırır, səyi azaldır və ömrü
qısaldır.
Cəmiyyətdə özünüzün şərəfini qorumağı, sizin həyat yolunuzdakı uğurların
ondan çox asılı olduğu ünsiyyətdə xoşagələn olmağı bacarın.
Ətrafınızdakılarda xoş təəssürat yaratmaqdan ötrü özünüzü ləyaqətli
tutun, ancaq təkəbbürlük etməyin, mehriban səslə düzgün, sakit və qısa
danışın.
Söhbət zamanı həmişə müsahibinizin gözlərinə baxın, səbirlə və diqqətlə
onu dinləyin, ona fikirlərini bütöv söyləməyə imkan verin, əgər lazım
olarsa, sakit, ehtiyatla, ədəblə mübahisə edin, geri çəkilməyin,
təhqiredici ifadələrlə, eyhamlara və nəzərlərə yol verməyin.
Cəsarətlə müdafiə olunun, sizi incidənlərə tutarlı cavab verin, amma
müdafiə olunarkən nəzakətsizlik etməyin, mübahisəmi münaqişəyə
çevirməyin.
Mərhəmət, şəfqət və xeyirxahlıq düşünməklə, ehtiyyatla olmalıdır.
Maddi və mənəvi cəhətdən sərbəstliyə can atın.
Sizə qorxu hiss etdirən işlərdən qaçın, ümidsiz, nəticəsiz işlərin
ardınca getməyin.
Hər
bir işi götür-qoy etməkdən başlayın, kiçikdən başlayın və tədricən
böyüyünə keçin.
Öhdənizə götürdüyünüz işdə şübhələrə yol verməyin, onu çalışqanlıqla və
inamla yerinə yetirin və onu etməyə icazə verilmiş bütün vasitələri
sınaqdan keçirənə qədər ondan əl çəkməyin.
Fərasətsiz xülyaçılar – böyük işlərin ardınca can atanlar, birbaşa
buludlara qalxmağa cəhd göstərmək faydasızdır və cəmiyyətə ağır yükdür.
Istedadlı və qabiliyyətli adamlar kiçikdən başlamaqla tədricən böyük
işlərə nail olurlar.
Həvəsinizə və qabiliyyətinizə uyğun işlə məşğul olun. Onun nə olduğunu
müəyyənləşdirməkdən ötrü vaxtınızı və qüvvənizi əsirgəmədən özünüzü
öyrənin.
Yalnız o sahədə uğur qazanmaq mümkündür ki, o, sizin könlünüzcədir.
Zəngin bilik mənbəyi müşahidələrə, şəxsən özünüzün və ətrafınızdakıların
həyatını təfərrüatı ilə öyrənməyə bağlıdır.
Fiziki və mənəvi gücün tükənməsinə aparan israfçılıq-dan qorxun.
Təbiətlə çox yaxın olmağa can atın. Meşəni sevin, günəşi, dənizi,
dağları və geniş çölləri sevin.
Zəhlətökən, qəmgin, xoşagəlməz fikirlərdən və hisslərdən tezliklə
uzaqlaşmağa çalışın.
Həsədin artmasına yol verməyin. Qəlbilinizin sakitliyini və dünyanızı
qoruyun.
Imkan düşdükcə qulaqlarınızı və könlünüzü musiqi və mahnılarla
şənləndirin.
Hansı yaşda olmağınızdan asılı olmayaraq özünüzü kamilləşdirməkdən ötrü
yaşlı olduğunuzu sanmayın.
Yenməkdə qaydaları gözləyin və aza qane olun. Ətdən bolluca istifadə
etmək çox zərərlidir: o, qeyrəti kütləşdirir, süstlüyə və
fəaliyyətsizliyə aparır. Stolunuzun üstünü müxtəlif nemətlərlə çeşidli
etməyə çalışın.
Süd
məhsulları, tərəvəz, meyvələrlə, bir az da ətlə qidalanın. Heç vaxt
həddindən çox yeməyin.
Varlı yaşayın. Borcdan qaçın. Mümkün olduqca qara gün üçün ehtiyat
saxlamağa cəhd göstərin.
Vicdanla yaşayın, sərbəst və azad olacaqsınız, deməli, Allaha yaxın,
xoşbəxtliyə yaxın olacaqsınız.
Sizi əhatə edənlərdən, ümumiyyətlə sizə yaxın olanlardan fəaliyyət və
faydalı əmək tələb edin.
Elə
edin ki, sizin evinizdə sağlam müftəxorlar olmasın.
Başqalarının hərəkətini və davranışlarını məzəmmət etmək və müzakirə
etməkdən qabaq qərəzsiz olaraq özünüz-özünüzü mühakimə etməyi öyrənin.
Kim
öz həyatını namusla yaşayırsa və öz yaxınlarını incitmirsə, onun üçün
vicdanının ləkələnməsi qorxusu yoxdur.
Gərəksiz təm-təraq, cah-cəlal, inrafçılıq son həddə tənbəllik və
bacarıqsızlıqdan erkən ölümə aparır.
Sadə şüurlu həyat tərzi və aza qane olan zəhmət möhkəmlik və qüvvət
verir.
Yaxın adamlarını və pulunun itrmək istənilən hər bir kəsə bədbəxtlik
gətirir, lakin düşüncəsini, təbiətə məhəbbətini və şəxsi ləyaqətini
itirən kəslər onlardan yüz dəfə artıq bədbəxtdirlər.
Xoşbəxtlik və bədbəxtlik sizin fikirlərinizin istiqamətinin izləyicisi
hesab olunur.
Saxta xəcalət – ağılı və qəlbi iflic edən ağır yükdür.
Keçmişinizin və indiki həyatınızın necə olmasından asılı olmayaraq
xoşbəxt gələcəyin mümkünlüyünə inanın.
Öz
özəl həyatını qurmağı bacarmayanlar başqalarına necə yaşamağı və nə
etməyi göstərə bilməzlər.
Hər
bir adamın hansısa qabiliyyəti, öz bacarığı və istedadı var. Həmin
qabiliyyətlərdən yararlanmağı bacaran zaman istedadın inkişafına və
həyatda xoşbəxtliyə nail olurlar.
Var-dövlətin, hakimiyyətin və hətta sağlamlığın arxasında istənilən
həqiqi uğurun əsasında dayanan təmiz vicdan və qəlb rahatlığı yoxdursa,
həmişəlik deyil və ötəridir.
Həmişə münaqişədən qaçın. O, hər iki tərəf üçün eyni dərəcədə
faydasızdır. Burada istisna yoxdur.
Yalan tez cücərir və tez də ölür. Doğruluq gec, həm də hiss olunmadan
yetişir, amma hədər olmur.
Boşboğaz fikirləşmədən çox danışır. Ağıllı qulaq asır, fikirləşir, amma
az danışır.
Aqil o zaman danışır ki, söhbət ən yaxşı halda susmaqdan gedir.
Uğursuz cəhddə yaxınlarınızın səhvlərini , yaxud çatışmaz-lıqlarını
düzəltməklə, siz özünüzün şəxsi xarakterinizin, öz inamınızın zəifliyini
görə bilərsiniz.
Incəsənət, elm və istənilən əmək yalnız insana xeyir gətirəndə və
xeyirxahlığa yönələndə öz təyinatını doğruldur.
Insanın xarakterini, ləyaqətini və çatışmazlığını yalnız təhlükəli və
çətin anlarda onun özünü necə aparması ilə dəqiq müəyyənləşdirmək olar.
Ən böyük müdriklik insana Tanrı tərəfindən verilən, təyin olunan alın
yazısı ilə barışmaq bacarığına bağlıdır.
Zehni məşğuliyyət, həm də naməlum istisnalar olmayan ovsunla məşğuliyyət
təkmilləşir, zənginləşir, ancaq ağılı doldurmur.
Namusla, səmimiyyətlə, ədalətlə hərəkət edin və işinizin qiyməti
haqqında narahat olmayın: onların layiqli qiymət alacağına inanın.
Zahiri dövlət məhv olan və ötüb keçəndir, mənəvi dövlət böyük və
əbədidir. Ona görə də müdriklər mənəvi aləmi ilə, qanmazlar isə zahiri
görünüşləri ilə qayğılanırlar.
Fəlakət çox zaman dözülməz kimi görünür, ona görə yox ki, o böyükdür,
ona görə ki, bizim vəhiməmiz onun qarşısındadır.
Kim
başına gələn bədbəxtlikdən vicdanla və təmiz çıxarsa, həmin kəs yaşamağa
sevinməlidir, çünki o, xeyir gətirmişdir.
Insanın qəlbi bütün mənəvi sərvəti qorunan anbardır. Siz nahaq
düşünürsünüz ki, həmin sərvət azalır.
Mənəvi düşgünlüyün ən sonuncu pilləsi həqiqət qarşısındakı qorxudan
ibarətdir. Yazıq və dəyərsiz o adamdır ki, həqiqətdən qorxur.
Insan üçün ən böyük təhlükə özünün şəxsi ehtiraslarının nümayiş
etdirməsidir. Içindəki şeytanı cilovlamağı bacaran çölündəki şeytanlarla
rahat bacarır. Çünki onlar arzuları üzərində hakimlik edənlərdən
zəifdirlər.
Öz
ağlımızın meyvələrindən istifadə etməyi bacarmaqda bizim
xoşbəxtliyimizin sirri var.
Düşmənlər üzərində öz xeyirxahlığınızla, açıqürəkliliyinizlə,
mehribanlığınızla və biliyinizlə qələbə çalın.
Əsil xoşbəxtliyə nail olmaq, imkan düşdükcə başqalarını xeyirə və
xoşbəxtliyə çatdırmaqdır.
Mənəvi zənginlik və xeyirxahlıq tənbəllik və fəaliyyətsizliklə bir araya
sığmaz.
Öz
hərəkətlərinizə qiyməti özünüzdən açağıdakılardan deyil, özünüzə tay
olanlardan və sizdən yüksək olanlardan gözləyin.
Güc
və müdriklik özünüzün ehtirasları üzərində qələbə çalmaq bacarığı ilə
ölçülür.
Sözünün üstündə durmaq və ciddi-cəhd naməlum olanları aydınlaşdırır,
ağır olanları yüngülləşdirir, mümkünsüzləri mümkün edir.
Düşünməmiş dediyiniz sözlərdə ehtiyatlı olun, onlar mütləq özünüzə
qayıdar və bədbəxtlik törədər.
Ağılla deyilmiş bir söz insanı təhlükədən qurtarar; ağılsız deyilmiş bir
söz onu məhvə sürükləyər.
Tərif və tənqid eyni dərəcədə zərərlidir.
Aqil təbiətdə və öz ətrafında onu yerdə qalanlarla bağlayanları və
birləşdirən bağları axtarır; ağılsız isə həmin bağları qıran şeyləri
axtarır.
Sizin istənilən qabiliyyətiniz, hətta qeyri-adi qabiliyyətiniz yalnız
xeyir gətirmək imkanı verdikdə və başqalarına kömək göstərdikdə öz
qiymətini tapır.
Müdrikliyi dərs öyrətməklə deyil, öyrənməyə can atmaqla dərk edin.
Insanlığın fasiləsiz və qaçılmaz yalnız iki yolu var: ağıllılar
yuxarılara tabe olur, dərrakələrini ağılla, xeyirxahlıqla və qüvvə ilə
yüksəldir və kamilliyə çatırlar; alçalmışlar və boşboğazlar əxlaqsızlıq
və hörmətsizliklə zülmətə sürüklənir, heç nəyə çevrilirlər.
Mənim məsləhətlərim sizə necə yaşamağı və fəaliyyət göstərməyi
pıçıldasın, lakin həyat yolunuzdakı uğur qoy sizin qayğınız olmasın.