"Fenomen" Distant Təhsil Kursları

Distant təhsil sizin vaxtınıza, pulunuza və təhlükəsizliyinizə təminat verən ən keyfiyyətli təhsildir.
 
 

 

 

            Qeydiyyat >>
       "FENOMEN" DİSTANT MƏKTƏBİ

  İbtidai məktəb

Əsas məktəb

Orta məktəb

"FENOMEN"  DİSTANT  TƏHSİL  KURSLARININ  YARADILMASI  LAYİHƏSİ

      

Problemin təsviri

Sağlamlıq imkanı məhdud olan insanların reablitasiyası və onların cəmiyyətə inteqrasiyası bu gün təhsil müəssisələrinin qarşısında duran əsas vəzifələrindən biridir. Respublikamızda elə uşaqlar var ki, onlar dayaq-hərəkət sistemini itirmişlər və evdə təhsil almaq məcburiyyətində qalırlar. Lakin evdə təhsil heç də effekt vermir. Bir tərəfdən onların qısaldılmış kurs keçmələri, bir tərəfdən də onların sağlamlıqlarında yaranan ağırlaşmalar müəllimlərin mütəmadi olaraq həmin insanlarla məşğul olmalarına imkan vermir. Digər tərəfdən də evdə təhsil çox böyük məbləğdə xərcə başa gəlir.

Çox zaman da həmin uşaqlar yalnız əsas təhsil almaqla kifayətlənirlər. Orta təhsil ala bilmir, təhsillərini peşə ixtisas yönlü məktəblərdə davam etdirə bilmirlər. Halbuki bu gənclərin əksəriyyəti çox istedadlı olurlar. Cəmiyyətimizin qarşısında duran əsas vəzifələrdən biri də məhz həmin istedadları tapıb, üzə çıxarmaqdır. Bundan ötrü müxtəlif müsabiqələr keçirilməli, həmin müsabiqələrdə sağlamlıq imkanları məhdud olan insanların əl işlərindən istifadə edilməlidir. İqtisadiyyatın elə sahələri var ki, orada həmin insanların əməyindən istifadə etmək olar, Onlar bu qayğını hiss etdikdə yaşamaq və işləmək həvəsləri daha da artar. Onlar mətnləri bir dildən digər dilə çevirə bilər, müxtəlif cür oyuncaqlar düzəldib onların satışından əldə etdikləri gəlirlə ailələrinə kömək edə bilərlər. Biz həmin adamlara evdə təhsil verməklə onları cəmiyyətdən məhrum etmiş oluruq.

Bundan başqa ucqar kənd məktəblərində müəllim kadrlarına ehtiyac duyulur. Onların tədris bazasının yaxşılaşdırılması və ya yenidən qurulması böyük vəsait tələb edir. Kənd məktəblərində zəngin kitabxanalar yaratmaqdan ötrü şərait yoxdur. Bütün bunlar aşağıdakı problemlərin həll olunmasını qarşıda vəzifə qoyur.

İxtisaslı kadr çatışmazlığı;

Müəllimlərin dərsə hazırlaşması zamanı böyük vaxt itkisi;

İnformasiya mənbələrinin məhdudluğu;

Məktəb kitabxanalarının  müasir dərslik, elmi və metodik ədəbiyyatla  kifayət qədər təmin olunmaması;

Uşaq sayı ilə əlaqədar  tamamlanmayan siniflərdə ixtisas təliminə keçən zaman çətinliklər;

Yeni məktəb binalarının tikintisinə böyük məbləğdə vəsaitin tələb olunması;

Sağlamlığında qüsuru olan şagirdlərin məktəbə müntəzəm davam etməmələri;

Evdə təhsilin böyük məbləğdə vəsait tələb etməsi.

Layihənin məqsəd və vəzifələri

Daha ucuz  təhsil formasının tapılması və işlənib hazırlanması tapmaq lazımdır. Bu cür alternativ təhsil forması distant təhsil formasıdir. Bu istiqamətdə işlənib hazırlanmış layihə qarşısına aşağıdakı məqsədi qoymuşdur:

Təhsilin ucuz formasını tətbiq etmək;

“Fenomen Distant Təhsil Kursları”nı yaratmaq;

Müəllimlərin hərtərəfli fəaliyyətinə dəstək olmaq;

Şagirdlər üçün fərdi təhsil proqramları tərtib etmək;

Məktəb rəhbərliyi üçün məktəbin müasir texnologiyalar ilə idarə olunmasının hüquqi bazasını yaratmaq;

Valideynlər üçün geniş informasiya və əlaqə imkanları yaratmaq;

Şagird və müəllimlər arasında mütəmadi əlaqə yaratmaq;

Ucqar kənd məktəblərində müəllim  çatışmazlığını aradan qaldırmaq;

Sağlamlığında qüsuru olan uşaqların təhsilinə dəstək olmaq;

Fiziki qüsuru olan uşaqların istedadlarını aşkara çıxarmaq və  müxtəlif peşələrə yiyələnmələrini təmin etmək;

Əlil ailələrin büdcəsinə yardım etmək;

İnformasiya qıtlığını aradan qaldırmaq;

Şagirdləri Vahid Dövlət İmtahanına hazırlamaq;

Abituriyentləri ali məktəblərə hazırlamaq;

İnnovativ müəllimlər şəbəkəsini yaratmaq;

Metodik vəsaitləri və müəllimlərin qabaqcıl təcrübəsini nəşr etmək.

Layihə  qarşısında qoyduğu məqsədə çatmaq üçün aşağıdakı vəzifələri yerinə yetirməlidir:

Dövlətdən və ya donor təşkilatlarından yardım almağı;

Gənc  mütəxəssisləri, o cümlədən informatika müəllimlərini “Fenomen Distant Təhsil Kursları”nə cəlb etməyi;

Təhsil müəssisələrində informasiya kommunikasiya texnologiyalarının tətbiqini inkişaf etdirməyi;

Peşəkar fəaliyyətlərində informasiya texnologiyalarından istifadə edən müəllimlərə hərtərəfli dəstək göstərməyi;

İnformasiya texnologiyaları sahəsində müəllimləri yenidən hazırlamağı və ixtisaslarının artırılmasına köməklik göstərməyi;

Şagirdlərin təlim fəaliyyətində onları informasiya-kommunikasiya texnologiyalarından fəal  istifadəyə  cəlb etməyi;

Müxtəlif distant təhsil texnologiyalarından istifadəni öyrətməyi;

Respublikanın bütün qabaqcıl məktəbləri ilə əlaqələr yaratmağı və xüsusi metodikası olan müəllimləri layihənin işinə cəlb etməyi;

Təhsilə dəstək layihələrindən faydalanmağı;

Distant təhsil sahəsindəki qabaqcıl texnologiyanı öyrənməyi və tətbiq etməyi;

Milli-mənəvi dəyərlərin qorunub saxlanmasını təmin etməyi;

“Virtual müəllim” hazırlığını həyata keçirməyi;

“Məktəb saytı” layihəsini reallaşdırmağı;;

İmkanlı şəxsləri və şirkətləri layihənin dəstəklənməsinə cəlb etməyi.

Diistant təhsil uzaq məsafədən bilavasitə müəllim və şagirdlər arasında əlaqəyə imkan verən , müasir informasiya və telekommunikasiya texnologiyalarından istifadəyə əsaslanan təlim prosesinin təşkili üsuludur. Distant təhsil formasından həm mütəxəssislərini yenidən hazırlanması və fasiləsiz olaraq ixtisaslarının artırılması, həm peşə ixtisaslarına yiyələnməsi, həm də orta təhsil pilləsində istifadə etmək olar. Bu cür forma qeyri-ənənəvi – virtual şagirdlərin sayını artırır. Bu cür təhsildən sağlamlıq imkanı məhdud olanlar, hamilə qadınlar, müvəqqəti olaraq ölkə xaricində yaşayanlar, yaşlı insanlar istifadə edirlər. Qarşıda duran həlli vacib olan ən mühüm vəzifələrdən biri  interaktiv distant təlim hesab olunur. Bu cür təlim zamanı şagirdlər müəllimləri ilə ünsiyyət yaratmaq imkanına malik olurlar.

Biz vahid təhsil bazasını yaratmış olsaq, bu cür təhsilin subyektləri bir portalda bir-biri ilə tanış olar, vahid informasiya məkanında ünsiyyət qurmuş olarlar. Onlar hətta sağlam insanlara dərs öyrədə bilərlər. Əlil uşaqlar cəmiyyətin bərabərhüquqlu üzvlərinə çevrilərlər. Bu təhsil növü eşitmə orqanlarını itirən insanlara da təhsil verə bilər. Sadəcə, bunun pedaqoji və sosial aspektləri işlənib hazırlanmalıdır.

Distant təhsil özündə tərkibi  müəllim və şagirdlərdən ibarət olan “virtual sinif” formalaşdırır. Bu sinifdə  öyrədənlər və öyrənənlər ərazi cəhətcə bir-birindən olduqca uzaqda yerləşirlər. Kiçik mikroprossesor vasitələri müəllimlərə və onların şagirdlərinə  ardıcıl təlim və “nəzarətedici” modula malik  fərdi kurslarda distant təlimin inkişafına yarım edir. 

Distant təhsilin məqsədi əyani təhsildə olduğu kimi, qiyabi təhsildə də eyni sistemin subyektlərinə metodiki məzmuna əsaslanan rahat təlim şəraiti yaratmaqdır. Bu təlimin subyektləri həm orta təhsil, həm də peşə ixtisas təhsili alırlar. Bu sadəcə öyrənənlərin şəxsiyyətinin intellektual inkişafıdır. Onlarda yaradıcı təfəkkür formalaşdırmaq, informasiyalarla işləmək bacarığını artırmaqdır.

Distant təlim daha demokratik təlim formasıdır. Belə ki, istənilən adam çox kiçik maddi itki ilə peşə təhsili ala bilər, ixtisasını artıra bilər,  peşə fəaliyyətini müəyyənləşdirə bilər, öz savadını mühüm bilik sahələri ilə artıra bilər.

Təlimi daha sürətlə və keyfiyyətlə mənimsəyər, təlim vəsaitlərini asan əldə edə bilər.

Layihə çərçivəsində görüləcək işlər

      “Fenomen” Distant Təhsil Kursları  distant təhsil texnologiyalarının tətbiqi ilə ümumi, əsas və əlavə təhsil proqramı üzrə işləyir, fərdi təhsil proqramı üzrə təlimi həyata keçirir, peşə hazırlığı kursları təşkil edir.

         Xüsusilə, məzunun sosial adaptasiyasına ,  müasir əmək bazarında daha tələb olan, xüsusilə də informasiya texnologiyalarının mənimsənilməsi ilə bağlı peşələrin öyrədilməsinə diqqət yetirir. 

Təlim zamanı hər bir şagirdin kompyuter, printer, skaner, veb-kamera ilə təmin olunmasına nəzarət edir . Həm də onlara İnternetə yüksək sürətli çıxış üçün məsləhətlər verir.

Virtual şagirdlərin yaradıcı, araşdırıcı kurslarda iştirak etməsini, öz müəllimləri və sinif yoldaşları ilə əlaqə saxlaya bilmələrinə metodiki yardım göstərir.

Fərdi təlim proqramı tutularkən hər bir şagirdin marağını, həmin fənnə meylini, fiziki imkanlarını, sağlamlıq vəziyyətini nəzərə alır.

DTK-na qəbul olunam şagirdlər öncə fərdi və qrup halında əyani təlim keçirlər. Bu zaman onlara kompyuterdən istifadə qaydaları öyrədilir.

Hər daim texniki problemlər həll edilir, maddi baza yeniləşdirilir.

Məqsədli dinləyicilər qrupu müəyyənləşdirilir.

Tədris məqsədləri formalaşdırılır.

Resurslar planlaşdırılır.

Kursun strukturu və iş planı tərtib edilir.

Dinləyicilərin biliklərinin yoxlanılması formaları və məzmunu müəyyənləşdirilir.

Distant kurslar, elektron kitablar şəklində tədris materialları işlənib hazırlanır.

Lokal menecerlər və dinləyicilər üçün təlimatlar hazırlanır.

Tədris materiallarının korreksiyası və kursun qiymətləndirilməsi aparılır.

Distant təhsil üçün tədris loqosu seçilir.

Kurslar saytda nəşr edilir.

Distant təhsilin təşkilati və iqtisadi məsələləri həll edilir.

Dinləyicilərlə qarşılıqlı əlaqə  təşkil edilir: e-mail, çat, MSN vasitəsi ilə

Əsas iş prosesləri

Testləri  hazırlamaq və şagirdlərə göndərmək;

Yoxlama işlərini hazırlamaq və şagirdlərə göndərmək;

Müqayisəli təhlil aparmaq;

Məqalələr yazdırmaq və onları nəşr etdirmək

Distant dərsi dinləmək, verilən tapşırıqların yerinə yetirilməsini  və müəllimə göndərilməsini təmin etmək;

Təlimdəki əsas fikirləri müəyyənləşdirmək;

Kursun məqsəd və vəzifələrini dəqiqləşdirmək;

Distant təlimin DTK tərəfinizdən seçilmiş modelini müəyyənləşdirmək:

Konkret didaktik məsələnin həlli üçün fəaliyyət növünün təhlilini həyata keçirmək;

Didaktik vəzifəni nəzərə almaqla tapşırıqların növünü müəyyənləşdirmək;

İKT-nin bəzi vasitələrinin funksiyalarını və didaktik xüsusiyyətlərini nəzərə almaq;

Nəzarətin növünü və formasını müəyyənləşdirmək;

Problemli situasiyalar qoymaq və kiçik əməkdaşlıq qruplarında onu müzakirə etməyi qarşıda məqsəd qoymaq;

Problemin həlli üsullarını müəyyənləşdirmək üçün çatda “beyin həmləsi” təşkil etmək;

Əlavə informasiyaların axtarışı və onun təhlilindən ötrü fərdi və ya qruplar üçün tapşırıqlar müəyyənləşdirmək;

Əsas mühazirə ilə tanışlıqdan sonra onu ümumi şəkildə müzakirəyə çıxartmaq;

Məsələnin daha dərindən öyrənilməsi üçün telekonfranslar təşkil etmək.

İKT-nin tətbiqi texnologiyaları üzrə distant ixtisas artırma kurslarının təşkil etmək;

Virtual müəllim hazırlığı üçün əyani kurslar təşkil etmək;

Pedagoji şəbəkə layihələrində iştirak etmək;

Distant təlim üzrə beynəlxalq layihələrdə iştirak etmək;

Gözlənilən nəticələr

Fiziki qüsuru olan və təhsilə cəlb edilə bilməyən uşaqlar ixtisaslı təhsillə təmin olunurlar;

Əsas məktəbi bitirib kənddə  orta məktəb olmadığından təhsildən qalan gənclər orta təhsil alırlar;

Fiziki qüsuru olan şəxslərin istedadları aşkara çıxır, onlar əl işlərindən ibarət virtual satış sərgilərdə əldə etdikləri maddi vəsaitlə ailələrinə kömək etmiş olur və  İnternet vasitəsi ilə bazara çıxış əldə edirlər;

Hər daim psixoloq, hüquqşünas və həkim məsləhətlərindən faydalanırlar;

Müasir peşələrə yiyələnir, sənəd alır  və dil öyrənmək imkanı əldə edirlər;

Çat vasitəsi ilə cəmiyyətə birbaşa inteqrasiya olunurlar, dünyanın müxtəlif ölkələrinin uşaqları ilə dostluq əlaqələri qururlar;

Sağlamlıqlarını bərpa etməkdən ötrü sponsor tapırlar;

Ucqar kənd məktəblərində  ixtisaslı müəllim problemləri həll olunur;

Məktəb tikintisinə az vəsait sərf olunur;

Müəllimlər metodiki vəsaitlərə təmin olunurlar;

Şagirdlər yüksək ixtisaslı müəllimlərlə birbaşa əlaqə qururlar;

Xüsusi metodikaya malik müəllimlər və peşə ustaları əlavə əmək haqqı qazanmaq imkanı əldə edirlər;

Səsli virtual kitabxana vasitəsi ilə informasiya mənbələrinə çıxış əldə olunur;

Təhsil problemləri müzakirə olunur və aradan qaldırılması yolları tapılır;

Şagirdlər və müəllimlər özlərinin işləmiş olduqları materialları nəşr etdirmək imkanı əldə edirlər.

Layihənin monitoringi və davamlılığı

Layihənin moritorinqini Təhsil Nazirliyinin və donor təşkilatının  ekspertləri, yerli İcra Hakimiyyətinin məsul işçiləri və ictimaiyyətin nümayəndələri aparır.

                Layihənin başa çatdırılması mərhələlərlə -  on bir il müddətinə  nəzərdə tutulmuşdur. Layihə öz-özünü maliyyələşdirir, bu da onun  uzun müddətli olmasını təmin edir.

Layihənin qiymətləndirilməsi və hesabatlılığı

                Layihə onun rəhbəri, metodist, menecerlər tərəfindən qiymətləndirilir və Layihəni dəstəkləyən təşkilatlara görülən işlər haqqında ildə  iki dəfə hesabat verilir.  Cari hesabat və illik hesabat.

                Distant Təhsil Kurslarının fəaliyyəti KİV-də işıqlandırılır. Əldə olunan təcrübə ümumiləşdirilir və yayılır.

                Layihə qarşısında qoyduğu vəzifələri yerinə yetirdikdən sonra orta ümumtəhsil məktəbi statusunda fəaliyyət göstərməkdən ötrü Azərbaycan Respublikası Təhsil Nazirliyinə  və digər xarici ölkələrin Təhsil Nazirliklərinə akkreditasiya olunmaqdan ötrü müraciət edir.

 

      

 

Sertifikat almaq istəyənlər əvvəlcədən qeydiyyatdan keçməli, xüsusi tapşırıqlar almalı və imtahan verməlidirlər

 

Haqqımızda:Metodiki kabinə:İmtahan guşəsi:Müsabiqələr:Olimpiadalar:Ödəniş qaydaları

 

 

  

Fenomen © 2009 • Azərbaycan • Şəki