
İnşa müsabiqəsi
Əziz məktəblilər! “Fenomen” Distant Təhsil Kursları V – XI sinif
şagirdləri arasında sərbəst mövzuda inşa müsabiqəsi keçirir. Mövzular
şagirdlərin özləri tərəfindən seçilir. Əsas tələb inşaların orijinal
olması, şagirdlərin özləri tərəfindən yazılmasıdır. Plagiat inşalar
müsabiqəyə buraxılmayacaq. Bütün inşalar “İnşa bankı” bölümündə
yerləşdiriləcək. Ən yaxşı qiymət almış inşalar kitab şəklində nəşr
olunacaq.
Siz öz inşalarınızı Word formatında 14 keql ölçüdə Times New Roman və ya
Ariall şriftləri ilə yığdırıb bizə göndərməlisiniz. Materiallar elektron
məktuba fayl şəklində əlavə edilməli,
ahadsalamov@box.az və
ahadsalamov@gmail.com ünvanlarına
göndərilməlidir. İnşalara soyadınız, adınız və atanızın adı, əlaqə
telefonunuz, elektron poçt ünvanınız və məktəbinizin adı əlavə
edilməlidir.
