
İNGİLİS DİLİNİN SƏS SİSTEMİNƏ DAİR ŞƏRHLƏR
SAIT SƏSLƏR
1. i: ɔ: a: u: ə: səslərindəki cüt nöqtə həmin sait səslərin uzun
tələffüz edildiyini göstərir. Məsələn:
deed [di:d]
boon [bu:n]
flute [flu:t] word [wə:d] torch
[tɔːtʃ] horn [hɔːn] curb [kə:b] hurl [hə:l] sir [sə:], [sə]
2. æ səsi Azərbaycan dilindəki ə səsinə yaxındır, lakin o,
Azərbaycan dilindəki ə səsinə nisbətən daha gərgin tələffüz edilir:
add [æd]
mad [mæd]
dad, dada [dæd; 'dædə ] bad [bæd] bag [bæg]
3. ɔ: səsi Azərbaycan dilindəki a və o səsləri arasında orta bir
mövqe tutur. Bu səsi düzgün tələffüz etmək üçün üç dəfə ooo səsini
deyin, dodaqları həmin vəziyyətdə saxlamağa çalışaraq və onların
dairəvi vəziyyətini dəyişmədən qısa a /ooo – a/ tələffüz edin:
sort [sɔːt]
lord [lɔːd], [mɪ'lɔːd]
fork [fɔːk]
for [fɔː] war
[wɔː] ward [wɔːd]
warm [wɔːm]
4. u: - u səslərini tələffüz edərkən dodaqlar dairəviləşir, lakin bu
dairəvi forma yastı olur. Dodaqlar Azərbaycan dilindəki “u” səsinin
tələffüzündəki kimi irəli uzadılmır:
boon [bu:n]
boost [bu:st]
hoof [hu:f], [fs]
hoop [hu:p] mood
[mu:d] moon [mu:n]
5. ə vurğusuz, qısa, dodaqlanmayan, neytral səsdir. ə saitlərin
vurğusuz vəziyyətdə zəifləməsi nəticəsində əmələ gəlir. Bu səs
asanlıqla qonşu səslərim təsiri altına düşə bilər:
first [fə:st]
curt [kə:t]
dirt [də:t]
fur [fə:]
curd [kə:d]
bur [bə:]
Sözlərin
sonundakı ə səsi Azərbaycan dilindəki vurğusuz ə səsinə yaxın
tələffüz edilir:
teacher ['ti:tʃə]
worker ['wə:kə]
mother
['mʌðə]
father
['fɑːðə]
brother ['brʌðə], [z]
6. Bütün diftonqlarla əsas səs yükü birinci elementin üzərinə düşür.
e i a i ɔi diftonqlarının tələffüzü zamanı azərbaycanlı
şagirdlərə məxsus ən xarakterik səhv bu diftonqların ikinci
elementinin həddindən artıq aydın tələffüz edilməsi və onun ana
dilindəki y səsinə çevrilməsidir.Yadda saxlamaq lazımdır ki, bu
diftonqların ikinci elementi i səsinin tələffüzünə yönəldilir, lakin
onun tam formalaşması baş vermir:
pray [preɪ]
obey [ə'beɪ] joy [dʒɔɪ] voice [vɔɪs]
toil [tɔɪl] fail [feɪl]
Həmin diftonqların tələffüzü zamanı dodaqları bir-birinə
yaxınlaşdırmaq olmaz.
7.
ɪə və ɛə
diftonqlarının son elementləti qısa ə kimi səslənir:
reappear ['ri:ə'p]
fear [fɪə]
hear [hɪə]
bear [bɛə]
beard [bɪəd]
sneer [snɪə]
deer [dɪə]
scare [skɛə]
share [ʃɛə]
spare [spɛə]
air [ɛə]
hair [hɛə]
hour ['auə]
our ['auə]
devour [dɪ'vauə]
detour ['di:tuə]
SAMITLƏR
1. p-b samitlərinin tələffüzü zamanıdodaqlar möhkəm kipləşir. Bu
səsləri tələffüz edərkən 20-25 sm məsafədən kağız vərəq tutsaq, hava
axınının təsirindən vərəq titrəyər:
bad [bæd], [beɪd] bat [bæt]
pat [pæt]
paper ['peɪpə]
pap [pæp]
but [bʌt], [bət] put [put], [pʌt]
2. t-d samitlərinin tələffüzü zamanı dilin ucu yuvaqlara ( üst
dişlərdən yuxarıdakı qovucuqlara) sıxılır və sürətli hava axınının
təsirindən yaranan partlayışla yuvaqlardan aralanır.
ten [ten]
top
[tɔp] time [taɪm]
teem [ti:m]
tea [ti:]
s səsindən sonra gələn t nəfəsli tələffüz edilir:
step [step]
stick [stɪk] still [stɪl] stink [stɪŋk] sty [staɪ] style [staɪl]
n, l samitləri də l, d kimi tələffüz edilir, lakin onlar l, d
samitlərindən fərqli olaraq küysüz səslənir:
bench [bentʃ] men [men]
bell [bel]
tell
[tel]
today
[tə'deɪ] cod [kɔd]
loom [lu:m]
look
[luk]
3. k-g səslərini tələffüz edərkən dilin arxa hissəsi yumşaq damağa
toxunur və bu səslər həmişə gərgin deyilir. Daha doğrusu ingilis
dilində Bakı sözündə olduğu kimi yumşaq k səsi yoxdur:
bake [beɪk] look [luk]
dog [dɔg]
bag [bæg]
cook [kuk]
sake [seɪk]
4. f-v samitləri üst dişlərin alt damağa toxunması və onu azca
sıxması ilə tələffüz olunur. Müşahidə edilən tipik səhvlərdən biri
tələffüz zamanı üst dodaqla alt dodağın bir-birinə toxunmasıdır.
fine [faɪn] far [fɑː] safe [seɪf] after ['ɑːftə] fire ['faɪə]
Yuxarıdakı səslərdən fərqli olaraq w qoşadodaq səsdir. Yəni
bu səsin tələffüz edilməsində hər iki dodaq iştirak edir. Bu səsin
deyilişində dodaqlar ua birləşməsinin tələffüzü vəziyyətni alır.
Elə edin ki, tələffüz zamanı dodaqlar dairəviləşib irəli uzansın və
sürətlə də öz əvvəlki vəziyyətinə qayıtsın.
Məsələn:
wipe [waɪp]
wife [waɪf]
wake [weɪk]
wafer ['weɪfə]
wad [wɔd]
5. Dişarası ð və θ səslərinin tələffüzü zamanı müəyyən çətinliklər
meydana çəxər. bu samitlər tez-tez səhv olaraq s və z , yaxud t
və d samitləri ilə qarışdırılır. ð cingiltilii, θ isə kar samitdir.
Həmin səsləri düzgün tələffüz etmək üçün dodaqları elə açmaq
lazımdır ki, üst və alt dişlər görünsün. Sonra dilin ucunu 2-3 mm
çıxararaq dişlərin arasına qoymaq lazımdır. Bu səslərin tələffüzü
zamanı aşağıdakı tipik səhvlərə təsadüf edilir: alt dodaq alt
dişlərin görünəcəyi qədər açılmır, dilin ucu alt dodağın üstünə
düşür ki, bu da səsi korlayır. Bəzən tələffüz zamanı alt və üst
dodaqlar bir-brinə toxunur və nəticədə ð səsinə oxşar v səsi
alınır.
Diqqət yetirin ki, bu səsləri tələffüz edərkən dilin ucu dişlərin
arasından kənara çıxsın
6. s – z səslərinin tələffüzü adətən çətinlik törətmir. Lakin qeyd
etmək lazımdır ki, z səsi feil şəkilçisinin, eləcə də isimlərin cəm
halının şəkilçiləri kimi səhv olaraq araşdırılır. Bundan əlavə, s –
z səslərinin ð - θ ilə birləşmələri üzərində xüsusilə dayanmaq
lazımdır. Bu birləşmələri düzgün mənimsəmək tədrisin ilk
mərhələsində çətinlik törədir. Bu çətinlik eləcə də n, t, d, l
səsləri ilə dişarası ð səsinin birləşməsinə aiddir. Belə hallarda
birləşmələr arasında fasilə ( pauza) etmək olmaz. Çünki bir səsin
sonu o biri səsin başlanğıcına gətirib çıxarmalıdır, özü də
sonuncudan qabaqkı özünün tam normal vəziyyətində deyilmir. Məsələn,
s və z ð səsi ilə birləşmədə elə tələffüz edilməlidir ki, dilin ucu
alt dişlərin haşiyələrində olub, bundan kənara çıxmasın. Belə
olduqda özündən sonra gələn dişarası səsi tələffüz edərkən dilin ucu
asanlıqla dişlərin haşiyələrindən kənara çıxır və lazımi vəziyyəti
alır.
sit [sɪt] so [sou]
sleep [sli:p] place [pleɪs]
cigarette [,sɪgə'ret] has [hæz], [həz]
zero ['zɪərou], noise [nɔɪz] say [seɪ]
Buna oxşar vəziyyət n, t, d, l samitlərinin ð səsi ilə birləşməsi
zamanı da baş verir. Bu samitlərin tələffüzündə dilin ucu üst
dişlərin kənarlarına toxunur və sonra da ð səsinin tələffüzü üçün
lazım olan vəziyyəti alır.
thank [θæŋk]
thick [θɪk]
thin [θɪn]
bath [bɑːθ],
[bɑːðz] there [ðɛə], [ðə] weather ['weðə]
with [wɪð] father ['fɑːðə]mother ['mʌðə]
7.
ò
və ʒ samitləri kifayət qədər yumşaq, məsələn, “şəkər” sözündəki ş
kimi tələffüz edilir.
pleasure ['pleʒə] measure ['meʒə] vision ['vɪʒən] decision [dɪ'sɪʒən]
ship [ʃɪp] sharp [ʃɑ:p] fish [fɪʃ] English ['ɪŋglɪʃ] short [ʃɔ:t]
8.
tò
və
dʒ samitləri demək olar ki, Azərbaycan dilindəki ç və c
samitlərinə uyğun gəlir və heç bir tələffüz çətinliyi yaratmır:
age [eɪdʒ] judge ['dʒʌdʒ] language ['læŋgwɪdʒ] change [tʃeɪndʒ]
danger ['deɪndʒə] each [i:tʃ] teach [ti:tʃ] much [mʌtʃ] such [sʌtʃ]
9. h samitini tələffüz edərkən hava axını dil ilə damaq arasında heç
bir maneə olmadan ağız boşluğundan çıxmalıdır:
his [hɪz], [ɪz] happy ['hæpɪ] here [hɪə] help [help]
hand [hænd]
10. m, n, l samitləri sözlərin sonunda davamlı tələffüz olunur:
man [mæn]
make [meɪk] money ['mʌnɪ] many ['menɪ] my [maɪ] name [neɪm]
near [nɪə]
then [ðen]
finish ['fɪnɪʃ] not [nɔt] long [lɔŋ]
well [wel]
film [fɪlm] dull [dʌl] late [leɪt]
11. Xüsusilə sözlərin sonunda təsadüf edilən ŋ səsini tələffüz
edərkən yadda saxlayın ki, burun səsi olan ŋ əvəzinə sonda k yaxud
q səsləri tələffüz edilnəəsin. Bu zaman əvvəlcə küyü azaltmalı,
sonra isə dilin arxası ilə yumşaq damağın kipləşməsinə son qoymaq
lazımdır.
sing [sɪŋ] working ['wə:kɪŋ] English ['ɪŋglɪʃ] king [kɪŋ] bring
[brɪŋ]
12. r səsini tələffüz edərkən çalışın ki, dilin ucu yuvaqların
arxasına doğru qalxsın, lakin yuvaqlara və damaöa toxunmasın.
red [red]
round
[raund]
very ['verɪ] every ['evrɪ] room [ru:m
