"Fenomen" Distant Təhsil Kursları

Distant təhsil sizin vaxtınıza, pulunuza və təhlükəsizliyinizə təminat verən ən keyfiyyətli təhsildir.
 
 

 

 

            Qeydiyyat >>
       "FENOMEN" DİSTANT MƏKTƏBİ

  İbtidai məktəb

Əsas məktəb

Orta məktəb

İNGİLİS DİLİ                                                                                                                                                                SADƏ QRAMMATİKA

      

TO BE  FEİLİNİN İNDİKİ   QEYRİ-MÜƏYYƏN  ZAMAN  FORMASI

Indiki qeyri-müəyyən zamanda to be ( olmaq) feilinin üç forması vardır:

 I  am

He (she, it)  is

You (they) are

Məsələn:

He is a student.    ( O, tələbədir.)

They are doctors.  ( Onlar həkimdirlər.)

Sual formasında am, is, are formaları mübtədadan əvvəl işlənir:

İs he a student?   ( O, tələbədirmi?)

Are they doctors?   ( Onlar həkimdirlərmi?)

Am : 5 now?          (İndi mənim 5 yaçım var?)

Inkar bildirmək üçün am, is, are formalarından sonra not inkar hissəciyi işlədilir:

He is not a student.     ( O, tələbə deyil.)

They are not doctors.     ( Onlar həkim deyillər.)

I am not 5 now.     ( Mənim indi 5 yaşım yoxdur.)

 

CÜMLƏ.  SADƏ  MÜXTƏSƏR  CÜMLƏDƏ   SÖZ   SIRASI.

ƏMR   CÜMLƏSI

Bildiyiniz kimi Azərbaycan dilindən fərqli olaraq ingilis dilində cümlədə söz sırası nisbətən sabitdir. Nəqli cümlədə birinci yerdə mübtəda, ikinci yerdə isə xəbər dayanır. Bu dərsdə yalnız ismi xəbərdən danışılır.

The table is black. The black table is clean.

Ismi xəbərdə işlənmiş “is” ixtisar oluna bilir. Məsələn:

It is a pen. It`s a pen.

Əgər xəbərin isim hissəsindən qabaq təyin işlənirsə, ismə aid  olan artikl  həmin təyindən əvvələ keçir. Məsələn: It is a plate. It is a big plate. It is a nice miss.

 

Text

It is a pencil. It is a black pencil/ it is big/ it is a map. It is a big map. Ben, take the map. It is a bed. It is a big bed. It is meat. It is fresh meat. It is a pencil. It is big. It is my pencil.

Sona, take a map. It is big. Ali, meet me. I see Ali. It is time. It is fine. Ali is late today. It is a cap.  It`s   black. It`s a black cap. The black cap is clean.

 

İT  İLƏ BAŞLANAN  ŞƏXSSİZ  CÜMLƏLƏR

İt əvəzliyi şəxssiz cümlələrdə əksər hallarda formal mübtəda vəzifəsində işlədilir. Belə cümlələr adətən vaxt, hava şərait, məsafə və müxtəlif ölçüləri bildirir:

It is very cold.     ( Çox soyuqdur.)

It is tüo o`clock now.   (İndi saat ikidir.)

It is five miles to my place.  ( Mənim evimə qədər 5 mildir.)

 

SUALLARIN   DÖRD   NÖVÜ

            Ingilis dilində sual cümlələri quruluşuna görə dörd növə bölünür:

            1. Ümumi sual (General Questions) dinləyicidən təsdiq və ya inkar cavab almaq üçün işlədilir. Cümlənin sonunda ton yüksəlir. Indiki qeyri-müəyyən zamanda xəbəri əsas mənalı fellə ifadə olunmuş cümlələrin əvvəlində bütün hallarda do, üçüncü şəxsintəkində isə does köməkçi feli işlədilir. Bu zaman təsdiq cümlənin xəbərlərindəki s və ya es düşür. Hər cümləyə yalnız bir ümumi sual vermək olar.

They go to school in the morning.

Do they go to school in the morning?

She lives in London. Does she live in London?

Tedd teaches English. – Does Tedd teach English?

2. Xüsusi sual (Special Questions) sual sözlərinin köməyi ilə düzəlir, cümlənin quruluşu ümumi sual cümlələrindəki kimi olur.

Who (kim?), What (nə?), Which (hansı?), Whose (kimin?), Who … with (kim ilə?) When (nə vaxt?), Why (nə üçün?), What … for (nədən ötrü?), how many (nə qədər, neçə?)

When do you go to work?

Who is this boy?

Who knows this girl?

What is it for?

What does he think?

Where do you live?

Why do you take this bag?

Where are are you from?

Who do you go there with?

Whose book is it?

3. Alternativ (seçmə) sual (Alternative Questions) ən azı iki sualdan ibarət olur. Quruluşca ümumi sual cümlələrindən fərqlənmir. Lakin bu sual cümlənin hər hansı üzvünə verilə bilər. Alternativ sualın yüksələn tonla deyilən birinci tərəfi ikinci tərəfinə “or” (ya, və ya) bağlayıcısı vasitəsi ilə birləşir. Ikinci tərəf enən tonla deyilir. Alternativ sualı təşkil edən tərəflər eyni növ cümlə üzvlərindən ibarətdirsə, ikinci tərəfdə ixtisar mümkündür.

They go to school in the morning.

Do they go to school in the morning or do they go to school in the evening?

yaxud,   Do they go to school in the morning or in the evening?

Ikinci forma danışıq dili üçün daha xarakterikdir.

Əgər tərəflər müxtəlif növ cümlə üzvləri ilə səciyyələnirsə, heç bir ixtisara yol verilmir:

Do you go work by bus or do you walk there?

Alternativ suallara “bəli” və “xeyr” cavablarını vermək mümkün deyil.

4. Ayrılan sual (Disjunctive Questions) da iki hissədən ibarət olur. Enən tonla deyilən nəqli cümlə bə yüksələn tonla deyilən qısa ümumi sual. Nəqli cümlə inkar formada olarsa, qısa ümumi sual təstiqdə və əksinə, nəqli cümlə təstiqdə olarsa, qısa ümumi sual təstiqdə işlənir.

They go to school in the morning, don’t they?

və ya

They don’t / do not / go toschool in the morning, do they?

Ayrılan suallara qısa cavablar vermək mümkündür.

You like this picture, don’t you?

Bu şəkil xoşuna gəlir, elə deyilmi?

Yes, I do. – bəli.

No, I don’t. – xeyr.

Yadda saxlamaq lazımdır ki, am not birləşməsinin qısaldılmış forması olmadığından I şəxsin təkində müstəsna olaraq ain’t I forması işlədilir.

I am right, am I not?

I am right, ain’t I?

ƏMR  ŞƏKLİNİN TƏSDİQ  VƏ İNKAR FORMALARI

İngilis dilində feillər  məsdər formasında to ilə işlənir: to go, to come, to open

Feilin əmr (xahiş) bildirən şəkli məsdərdən to hissəciyinin atılması lə düzəlir.

Come at  5 o`clock! ( Saat 5-də gəl!)

Open the window!   (Pəncərəni açın!)

Inkar formasında feilin qarşısında do not |don`t|  işlədilir:

Don`t come at 5 o`clock!  ( Saat 5-də gəlmə!)

Don`t  open the window!    (Pəncərəni açma!)

 

İŞARƏ  ƏVƏZLİKLƏRİ

this [ðɪs]  - bu

these [ði:z] – bunlar (danışan çəxsə daha yaxın əşyalar barəsində)

that [ðæt], [ðət], [ðt] - o

those [ðouz]  - onlar ( danışan şəxsdən uzaqda olan əşyalar barəsində)

 

ARTİKL

Bir çox dillərdə oduğu kimi ingilis dilində də , adətən ismin qarşısında artikl dayanır. Artikl – ismin əlamətlərindən biri, xüsusi xidməti sözdür.

Azərbaycan və rus dillərində artikl yoxdur. İngilis dilində artikldən istifadə qaydaları alman və fransız dillərində olduğundan daha sadədir. O, cinsə, kəmiyyətə və hala görə dəyişmir. Artiklin iki növü var: müəyyən artik və qeyri-müəyyən artikl.

Sayıla bilən tək və cəm isimlərin qarşısında qeyri-müəyyən artikl

Sayıla bilən isimlər onlardır ki, onları barmaqla saymaq mümkün olsun. Məsələn:

apple ['æpl] – alma

automobile ['ɔːtəməubi:l] – avtomobil

bean [bi:n] – paxla; lobya

bird [bə:d] – quş

book [buk] – kitab

car [kɑː] – minik avtomobili

chair [tʃɛə]  - stul

child [tʃaɪld] – uşaq

climate ['klaɪmɪt] – iqlim

job [dʒəub] – iş, xidmət

man [mæn] – kişi, adam

office ['ɔfɪs] – ofis

onion ['ʌnjən] – soğan

table ['teɪbl] – stol, masa

umbrella [ʌm'brelə] – çətir

woman ['wumən] – qadın

 

Sayıla bilən isimlər tək və cəm formasına malik olurlar.

one [wʌn] – bir, tək                        two [tu: ] – iki

ne apple  - bir alma                         two apples  - iki alma

ne woman  - tək qadın                    two women – iki qadın


 

a [ən]  və  an {ən] qeyri-müəyyən artiklləri

a (an) artikli tarixən bir sözündən yaranmışdır və ismin tək formasında işlənir. Bu artikl eynicinsli əşyalardan biri haqqında söhbət getdiyini bildirir. Məsələn: Take a map. ( Coğrafiya xəritəsini götürün.) Siz istənilən xəritənin içərisindən yalnız bir xəritəni götürməyi xahiş edirsiniz.

Təkdə olan və sayıla bilən isimlərin qarşısında artikl, yaxud da başqa xidməti xüsusi söz qoyulur. Əgər söhbət eyni bir sinfə daxil olan əşyalardan gedirsə, onun qarşısında sifət olsa da, a və ya an qeyri-müəyyən artikli işlədilir.

 a  [ə] – qeyri-müəyyən artikl (samitlə başlayan sözlərdə)

an [æn], [ən] - qeyri-müəyyən artikl (saitlə başlayan sözlərdə)

orange ['ɔrɪndʒ] – narıncı

a bird – quş                 an orange bird – narıncı quş

animal ['ænɪməl] – heyvan

large [lɑːdʒ] – böyük

an animal – heyvan       a large animal  - böyük heyvan

friend [frend] – dost; rəfiqə; yoldaş

good [gud] – yaxşı

a friend – dost    a goog friend – yaxşı dost

tall [tɔːl] – hündür, uca, boylu-buxunlu

a man – kişi                 a tall man – hündür kişi

 

Bu cür sözlər təyinedicilər adlanır. Təyinedici sözlərə aşağıdakılar aiddir: a, an, the, my, your, this, that, some, any

the [ði:], [ðɪ], [ðə] – müəyyən artikl

my [maɪ] – mənim (yiyəlik əvəzliyi)

your [jɔː], [ju], [jə] – sənin; özümün; öz; özümüzün

this [ðɪs]  - bu

that [ðæt], [ðət] – həmin

some [sʌm] – bəzi, hər hansı

any ['enɪ] – istənilən, hər hansı bir

Yuxarıdakı nümunədə göründüyü kimi özündən sonra samitlə başlayan söz gəldikdə a qeyri-müəyyən artikli, özündən sonra saitlə başlayan söz gəldikdə isə an qeyri-müəyyən artikli işlədilir.

İsmin qarşısında sifət dayana bilər: an orange bird, a large animal, a good friend və a tall man.

Sifətlər heç zaman təyin olunan isimlərdən sonra yazılmır. Yadınızda saxlayın ki, ingilis dilində sifətlərin cəm forması olmur.

Saymaq mümkün olmayan isimlər sayıla bilməyən isimlər adlanır. Sayıla bilməyən isimlərdə artikl qoyulmur.

air [ɛə] – hava; aviasiya

coffee ['kɔfɪ] – qəhvə

gasoline ['gæsəli:n] – benzin

oil [ɔɪl] – neft

pepper ['pepə] – bibər, istiot

salt [sɔːlt] – duz

sand [sænd] – qum

water ['wɔːtə] – su


 

Yuxarıda adları çəkilən isimləri tərəddüd etmədən sayılmayan isimlər hesab etmək olar. Buraya qazı, palşığı və digər bu cür əşyaları da aid etmək olar.

İngilis dilində görünüb sayılmayan isimlərdən başqa, sayılması mümkün olmayan isimlər də var. Məsələn: bir neçə ərzağın adı.

bread [bred] – çörək

butter ['bʌtə] – yağ

cheese [tʃi:z] – pendir

corn [kɔːn] – dən, taxıl, buğda

garlic ['gɑːlɪk]  - sarımsaq

ice-cream ['aɪs'kri:m] – qaymaqlı dondurma

lettuce ['letɪs] – salat-kahı

meat [mi:t] - ət

milk [mɪlk] – süd

paste [peɪst] – xəmir (yağlı, şirin)

rice [raɪs] – düyü

soup [su:p] – sup

toast [təust] – qızardılmış çörək dilimi


 

Cədvəldə sayıla bilən tək və cəm isimlərə, həm də sayıla bilməyən isimlərə nümunələr verilmişdir:

is,'s [ɪz] – be felinin indiki zamanının III şəxsinin təkindəxəbər forması

are [ɑː], [ə], [ər] – be felinin indiki zamanının cəmində xəbər forması

convenient [kən'vi:njənt] – rahat, uyğun, münasib

inconvenient [,ɪnkən'vi:njənt] – narahat, rahatlığı olmayan

traffic ['træfɪk] – nəqliyyat tıxacı

healthy ['helθɪ] – sağlam

fruit [fru:t] – meyvə, bar

cold [kəuld] – soyuq

day [deɪ] – gün

invigorate [ɪn'vɪgəreɪt] – sürətləndirmək

weather ['weðə] – hava


 

İsmin tipi -a, yaxud an –İsim –Fel -Sifət

Sayıla bilən tək – A car is convenient.

Sayıla bilən cəm -  Cars are convenient.

Sayıla bilməyən – Traffic is inconvenient.

Sayıla bilən tək – An apple is healthy.

Sayıla bilən cəm – Apples are healthy.

Sayıla bilməyən – Fruit is healthy.

Sayıla bilən tək – A cold day is invigorating.

Sayıla bilən cəm - Cold days are invigorating.

Sayıla bilməyən - Cold weather is invigorating.

Sayıla bilməyən isimlərə mücərrəd isimlərin, yaxud da çox xırda əşyaların böyük siniflərinin adları aid olunur:

furniture ['fə:nɪtʃə]– mebel, avadanlıq ; health [helθ] – sağlamlıq, səhhət;  help [help]  - kömək;  information [,ɪnfə'meɪʃən]– məlumat; luck [lʌk] – uğur, bəxt, tale; mail [meɪl] – poçt; money ['mʌnɪ]– pul; traffic ['træfɪk] – yol hərəkəti; weather ['weðə] – hava; work [wə:k] – iş, əmək

Sayılmayan isimlər cəm formasına malik deyillər. Sayılmayan isimlərin qarşısında a, yaxud an qeyri-müəyyən arikli qoyulmur. Sayıla bilməyən isimlərin qarşısında dayanan isimlər də cəm formasınma malik deyillər.

a \ an, yoxsa some [sʌm]?

Sual: Bir qrupa daxil olan əşyaların içərisindən götürülmüş bir əşya təkdə olan isim kimi hesab olunmur. Məsələn: book [buk] (kitab), table ['teɪbl] (stol; süfrə), astronaut ['æstrənɔ:t](kosmonavt)?

Cavab: Xeyr, hesab olunmur. Sayıla bilən tək isimlərin qarşısında mütləq qeyri-müəyyən artikl, yaxud da müəyyənləşdirici söz qoyulur. Söhbət əşyanın qeyri-müəyyən sayından gedirsə,  a və ya an qeyri-müəyyən artiklinin əvəzinə some [sʌm] işlənir.

Sual: Bəs, sayıla bilməyən isimlərlə cəmdə olan sayıla bilən isimləri bir-birindən necə fərqləndirməliyik?

Cavab: Yaxşı sualdır. Həm sayıla bilən cəm isimlərin qarşısında, həm də sayıla bilməyən isimlərin qarşısında a və ya an qeyri-müəyyən artikli qoyulmur. Söhbət əşyanın qeyri-müəyyən sayı haqqındfa gedirsə, o zaman some sözündən istifadə olunur.

Hər hansı sayıla bilməyən isimlərin qeyri-müəyyən sayı haqqında danışılırsa, some [sʌm] sözündən istifadə olunur.

a\an və  some  sözlərinin istifadə olunması cədvəli

Sayıla bilən və təkdə olan isimlər

I have an apple.    There’s a lamp on the table.              

There’s a dark cloud on the horizon.

 

Sayıla bilən və cəmdə olan isimlər

I have some apples.   There are some lamps on the table.

There are some dark clouds in the sky.

 

Sayıla bilməyən isimlər     

I have some fruit.    There is some furniture in the room.

There’s some bad weather ahead.

 

SAYILA BİLMƏYƏN İSİMLƏRİN MEYARLARI

Sual: furniture ['fə:nɪtʃə] (mebel) sayılmayan isimdir. Mebelin ayrıca əşyasından söhbət gedirsə, necə etməli? “ a furniture” demək olarmı? Əgər mənim bir damcı südüm, yaxud çəltik sünbülüm varsa, “a milk” və ya “a rice” demək olarmı?

Cavab: Əlbəttə, yox. Hər hansı sayıla bilməyən nəyinsə qarşısında a və ya an artikli işlətmək olmaz. İngilis dilində bundan ötrü xüsusi sözlər var. Biz onları “ifadə meyarları” adlandıracağıq.

Sual: a coffee ['kɔfɪ] (kofe), yaxud a Pepsi, yaxu da  an ice-cream ['aɪs'kri:m] (dondurma) demək olmaz. Ancaq mən eşitmişəm ki, belə ifadələrdən istifadə olkunur.

Cavab: Siz düz eşitmisiniz. Bəzən restoranda sifariş verərkən belə deyirlər: I’d like a coffee, please  (Xahim edirəm, kofe), yaxud Please bring me a Pepsi  (Xahim edirəm, mənə pepsi gətirəsiniz). A coffee ifadəsi əvəzinə a cup of coffee kimi anlaşılır. A Pepsi ifadəsi isə a glass [glɑːs] (yaxud bottle ['bɔtl] ) kimi başa düşülür. Yalnız restoranlarda, kafelərdə və digər yerlərdə sifarş verərkən bu cür söyləmək olar.

 

Would you like a…?     Would you like some…?

would [wud], [wəd] – köməkçi fel               like [laɪk] – istəmək

Sual: “Would you like...?”  nəyi ifadə edir?

Cavab: “Would you like...?”   nəyin isə hörmət mənasında ifadə edildiyi cümlədir.

Sayıla bilən isimlər haqqında danışarkən belə deyirlər:

Would you like a cup of coffee?  (Siz istəyirsiniz fincan kofe?)

Would you like a piece of toast?  (Siz istəyirsiniz bir (dənə) qədəh qaldırmaq?

toast [təust] – qədəh    piece [pi:s] – dənə, ədəd; tikə, parça

Would you like an orange muffin? (Siz istəyirsiniz portağal kökəsi?)

orange ['ɔrɪndʒ] – portağal   muffin ['mʌfɪn] – kökə, yağlı bulka

Sayıla bilən tək isimlərin qarşısında a və an qeyri-müəyyən artiklini qoymağı yadınızdan çıxarmayın.

Cəmdə olan sayıla bilən isimlərin qarşısında və sayılmayan isimlərin qarşısında a (an) artikli əvəzinə some yazılır.

Would you like some potatoes?  ( Siz istəyirsiniz bir neçə kartof?)       potato [pə'teɪtəu], [ouz] - kartof

Would you like some muffins? ( Siz istəyirsiniz bir neçə yağlı kökə?)

Would you like some toast? (Siz istəyirsiniz bir neçə qədəh qaldırmaq?)

Would you like some ice cream? ( Siz istəyirsiniz bir qədər dondurma?)

Would you like...?    Do you like...?   cümlələrini bir biri ilə dolaşıq salmayın Would you like….?  nəyisə kimə isə təklif edən formadır,   Do you like...?  kimdən isə nəyisə xoşladığını soruşan sual cümləsidir.

another [ə'nʌðə] – başqa, başqa bir   tea [ti:] - çay

Would you like another cup of tea? ( Siz istəyirsiniz daha bir fincan çay?)

Do you like ice cream? I don’t like it at all. ( Sizə qaymaqlı dondurma xoş gəlir? Mən  qaymaqlı dondurma xoşlamıram.

some [sʌm] və  any ['enɪ]

Siz artıq some sözünün nəyi ifadə etdiyini artıq bilirsiniz. Bu “nə isə” sayıla bilməyən isimlərin , yaxud sayıla bilən cəm isimlərin qarşısında qoyulur. 

İnkar cümlələrində some sözünün əvəzinə any sözündən istifadə olunur.

Sual sümlələrində həm some, həm də any sözlərindən istifadə etmək olar.

Cədvəldə some və any sözləri istifadə edilmiş cümlələr verilmişdir.

Sayıla bilməyən isimlər və cəmdə olan sayıla bilən isimlər

Təsfiq cümlələri

Carol has some friends.    She has some money, too.

İnkar cümlələri

John doesn’t have any friends.    He doesn’t have any money.

Sual cümlələri

Does Ann have any friends?           Does Ann have some friends?

Does Bob have some money?        Does Bob have any money?

 

      

 

Sertifikat almaq istəyənlər əvvəlcədən qeydiyyatdan keçməli, xüsusi tapşırıqlar almalı və imtahan verməlidirlər

 

Haqqımızda:Metodiki kabinə:İmtahan guşəsi:Müsabiqələr:Olimpiadalar:Ödəniş qaydaları

 

  

Fenomen © 2009 • Azərbaycan • Şəki