Azərbaycan dilindəki kipləşən samit səslərinə nisbətən ingilis
dilindəki kipləşən samit səsləri partlayışla tələffüz olunur. Onlar
sözün hər yerində işlənir. Həm ingilis, həm də Azərbaycan dillərində
kar samitlərin tələffüzündə səs telləri titrəmir, cingiltili
samitlərin tələffüzündə isə səs telləri titrəyir.
B b
[bi:] hərfi bir cür oxunur. [b] hərfi Azərbaycan dilindəki
[ b ] hərfi kimi kipləşən, partlayışlı, qoşadodaq cingiltili
samitdir.
D d [di:] hərfi bir cür oxunur. [d ] səsi Azərbaycan dilindəki [d]
səsinə oxşasa da, keyfiyyətcə ondan xeyli fərqlənir. Azərbaycan
dilindəki [d] hərfini tələffüz edərkən dilin ucu üst dişlərə
toxunur. İngilis dilində isə [d] hərfini tələffüz edərkən dilin ucu
üst dişlərin kök hissəsinə - yuvaqlara söykənir. Buna görə də
ingilis dilində [di:] səsi kipləşən, partlayışlı yuvaq samiti
sayılır.
N n
[en]
hərfi bir cür oxunur. [n] hərfi Azərbaycan dilindəki [n] hərfinə
oxşayır. İngilis və Azərbaycan dillərində bu səs cingiltilidir.
Azərbaycan dilində [n] hərfi tələffüz edilərkən dilin ucu üst
dişlərə söykənir, lakin ingilis dilində [n] hərfinin tələffüzündə
isə dilin ucu üst dişlərin yuvaqlarına söykənir və ciyərlərdən gələn
hava axını burundan çıxır. Buna görə də ingilis dilində [n] səsi
kipləşən burun sonor səsi adlanır.
M m [em] hərfi bir cür oxunur. [m] hərfi Azərbaycan dilində olduğu
kimi ingilis dilində də qoşadodaq, cingiltili, sonor samitdir. Fərq
ondadır ki, Azərbaycan dilində [m] hərfi nisbətən yumşaq, ingilis
dilində isə nisbətən qalın və bir qədər də gərgin tələffüz olunur.
Ingilis dilində [m] kipləşən, burun sonor samitidir.
T t [ti:] hərfi bir cür oxunur. Ingilis dilindəki [t] səsi
Azərbaycan dilindəki [t] səsinə oxşayır. Amma Azərbaycan dilində [t]
səsini tələffüz edərkən dilin ucu üst dişlərin ucuna, ingilis
dilində isə dilin ucu üst yuvaqlara söykənir və partlayışlı tələffüz
olunur. Həm ingilis, həm də Azərbaycan dillərində [t] səslərinin
tələffüzü ingilis və Azərbaycan dillərində [d] səslərinin
tələffüzünə oxşayır. Lakin fərq ondadır ki, [t] kar, [d] isə
cingiltilidir.
P p [pi:] hərfi bir cür oxunur. Ingilis dilində [p] səsi Azərbaycan
dilindəki [p] səsi kimi dodaqların kipləşməsi vasitəsi ilə tələffüz
olunur. Hər iki dildə bu səs kar samit adlanır. Lakin fərq ondadır
ki, Azərbaycan dilində [p] səsi zəif deyildiyi halda , ingilis
dilində [p] səsi tələffüz olunarkən dodaqlar bərk kipləşir və
partlayışlı səs alınır.
F f [ef] hərfi bir cür oxunur. [f] səsi alt dodağın üst dişlərin
ucuna söykənməsi ilə əmələ gəlir. İngilis dilindəki [f] Azərbaycan
dilindəki [f] səsi ilə tamamilə eyni tələffüz olunur. O, hər iki
dildə dodaq-diş kar samiti hesab edilir.
V v [vi:] bir cür oxunur. [v] səsinin əmələ gəlməsi [f] səsində
olduğu kimidir. Ingilis dilindəki [v] səsi Azərbaycan dilindəki [v]
səsinə oxşayır.
E e [i:] hərfi
E e
[i:]
hərfi iki cür oxunur.
1. E e [i:] hərfi vurğulu açıq hecada [i:] kimi oxunur. [i:]
Azərbaycan dilindəki [i] səsi kimi tələffüz olunur. Fərq ondan
ibarətdir ki, bu səs Azərbaycan dilində qısa, ingilis dilində isə
uzun tələffüz edilir. Məsələn:
be
[bi:] olmaq;
me
[mi:], [mɪ][mi:] (tam forma), [mɪ] (zəif forma) şəxs əvvəzliyi olan
I (ai) -ın obyekt halı: məni, mənə
2. E e hərfi vurğulu qapalı hecada qısa [e] səsi kimi oxunur. [e]
səsi Azərbaycan dilində olduğu kimi ön sıra sait səsidir. Bu səs
Azərbaycan dilindəki [e] səsinə uyğun gəlir. Məsələn:
bed [bed] çarpayı, yorğan-döşək, loja
bet [bet], [ɪd]n. bəhs, mərc;
let [let], [ɪd] 1) icazə vermək, izn vermək 2) buraxmaq
lend [lend] 1) borc vermək (kiməsə) 2) xəbər vermək, mə'lumat
vermək;
ten [ten] on
tell [tel] danışmaq, nəql etmək
pen [pen], [d] qələm, qələmucu, pero
Qeyd:
Ee hərfi iki və daha çox hecalı sözlərin sonunda oxunmur. Bu
vəziyyətdə e hərfi şərti olaraq özündən əvvəl gələn hecanın açıq
hecaya çevirməyə xidmət edir. Həmin yolla yaranan heca şərti açıq,
ya da tarixi heca adlanır. Məsələn:
Pet (qapalı heca) ; oxunuşu [pet] Petya
Pete (şərti açıq heca); oxunuşu [pi:t] Pyotr
ee hərf birləşməsi
ee hərf birləşməsi uzun [i : ] kimi oxunur. Məsələn:
meet [mi:t] qarşılamaq
bee [bi:] arı
beef [bi:f],
[s] mal əti
beet [bi:t] çuğundur
deed [di:d] fədakarlıq, qoçaqlıq
deem [di:m] fərz etmək, hesab etmək, güman etmək
deep [di:p] dərin
need [ni:d] ehtiyac, kasıblıq, yoxsulluq
meet [mi:t] 1) qarşılamaq 2) bir yerə yığışmaq, görüşmək 3) tanış olmaq
L l [el] hərfi həmişə bir cür oxunur. [el] səsinn tələffüzü [t], [d],
[n] səslərində olduğu kimi dilin ucu üst yuvaqlara söykənməklə əmələ
gəlir. [l] səsi [n] və [m] səsi kimi sonor səsdir. Ingilis
dilindəki [l] səsi Azərbaycan dilindəki [l] səsindən həm əmələ
gəlməsinə, həm də qalınlığına görə fərqlənir. Məsələn:
tell [tel] danışmaq, nəql etmək
let [let], [ɪd] 1) icazə vermək, izn vermək 2) buraxmaq
Lent [lent] din. orucluq, böyük pəhriz
lend [lend] xəbər vermək, məlumat vermək;
lemon ['lemən] limon
left [left] sol tərəf
lee [li:] 1) külək tutmayan tərəf 2) müdafiə, sığınacaq
bell [bel] 1) zınqırov 2) zəng səsi
dell [del] meşəli dərə
feel [fi:l]
1) hiss etmək 2) duymaq
A a
[ei] hərfi əsasən iki cür oxunur. [ei] iki müstəqil səsdən ibarət
olan bir mürəkkəb səsdir. Belə səslər diftonq (qoşa avazlı səslər)
adlanır. Diftonqun birinci elementi bir qqayda olaraq vurğulu olur.
date [deɪt] xurma
date [deɪt] tarix (ayın və s.)
ame [neɪm] ad; adlandırmaq;
take [teɪk] almaq, götürmək
table ['teɪbl] stol; v. stola qoymaq
plate [pleɪt] boşqab
late [leɪt] gec
A a hərfi vurğulu qapalı hecada [æ ] səsi kimi oxunur. [æ ]
səsini tələffüz edərkən dilin əsas kütləsi qabaq hissəsində olur və
beləliklə ağzın arxa hissəsində boşluq yaranır. Dilin ucu alt
dişlərə tərəf dartılır, ortası isə irəli dartılmaqla azca yuxarı
qalxır. Dodaqlar azca yana dartılır. İngilis dilindəki [æ ] səsi
Azərbaycan dilindəki [ə ] səsi kimi tələffüz olunur. Lakin ondan
fərqli olaraq [æ ] səsinin tələffüzündə alt çənə bir qədər aşağı
enir. Məsələn:
bad [bæd] pis
man [mæn] 1) kişi 2) adam, insan
map [mæp] 1. n. 1) xəritə 2) plan 2. v. xəritə cızmaq
lamp [læmp] lampa
flat [flæt] mənzil
flan [flæn] meyvəli piroq
hand [hænd] əl
Aa hərfi vurğusuz hecada [ə ] səsi kimi oxunur. [ə ] səsi həmişə
vurğusuz olur. Bu səs Azərbaycan dilindəki [ə ] səsinin
tələffüzünə yaxındır. İngilis dilindəki [ə ] səsinin tələffüzünü
asanlaşdırmaq üçün ondan sonrakı qonşu hecanı daha vurğulu tonda
demək lazım gəlir. Məsələn:
and [ænd], [ənd], birləşdirmə bağlayıcısı və;
at [æt], [ət] zaman, vaxt və yer bildirən sözönü
ea
hərf birləşməsi uzun [i:] səsi kimi oxunur.
meat [mi:t]
ət
tea [ti:]
çay
lea [li:] çöl, çəmən
mean [mi:n] 1) bildirmək, məna vermək 2) əvvəl-cədən tə'yin etmək,
müəyyən etmək
S s
[es] hərfi adətən [s] kimi oxunur. İngilis dilindəki [s] səsi
Azərbaycan dilindəki [s] səsinə tamamilə uyğun səsdir. Məsələn:
see [si:] görmək, baxmaq
sea [si:] dəniz, okean, dərya
sit [sɪt] oturmaq, əyləşmək
sip [sɪp] v. qurtum-qurtum içmək
miss [mɪs] xanım, mis, qız
Ss hərfi iki sait səs arasında və cingiltili samit səslərdən sonra
[z] kimi oxunur və demək olar ki, Azərbaycan dilindəki [z] səsinə
tam uyğun gəlir. Məsələn:
is,'s
[ɪz, z] (saitlərin və cingiltili samitlərdən sonra), s (kar
samitlərdən sonra) "be" feilinin indiki zamanın 3-cü şəxsinin xəbər
forması as [æz], [əz], hansı, hansı ki
C c [si] hərfi iki cür oxunur.
Cc hərfi adətən [k] kimi oxunur. Məsələn:
cap ['kæp] papaq, qalpaq
cat [kæt] pişik
can [kæn], [kən], bilərəm, bilərsən, bilər, bilərik
clean [kli:n] təmiz təmizləmək
clef [klef] mus. açar (not sətrinin başında olub, onların mə'nasını
müəyyən edən işarə)
call [kɔ:l] 1) adlandırmaq 2) çağırmaq
C c hərfi e, i, y hərfləri qarşısında [s] kimi oxunur.
Məsələn:
place [pleɪs] yer yerləşdirmək, qoymaq
pencil ['pensl] 1. n. karandaş 2. v. yazmaq, çəkmək, karandaşla
qeyd eləmək
face [feɪs] üz, sifət, bəniz
ice [aɪs] buz; dondurmaq
cycle ['saɪkl] 1. v. velosiped sürmək 2. n. 1) dövrə, tam dövrə 2)
velosiped
Gg [ʤi:] hərfi iki cür oxunur.
G g [ʤi:] hərfi adətən [g] kimi oxunur.
Məsələn:
bag [bæg] 1. n. kisə, çanta, çamadan 2. v. kisəyə yığmaq
flag [flæg] bayraq
egg [eg] yumurta
leg [leg] 1) ayaq, qıç
game [geɪm] oyun
Həmin sözlərdə [g] səsi Azərbaycan dilində qaşıq, qanad sözlərindəki
[q] səsinin eynidir.
Gg hərhi - i, - y, - e hərflərindən hər hansı birinin qarşısında
gələrsə [ʤ] səsi kimi oxunur. [ʤ] səsi Azərbaycan dilindəki [c]
səsinə oxşayır. Məsələn:
page [peiʤ] 1. n. səhifə 2. v. nömrələmək (səhifəni)
gin [ʤɪn] ingilis arağı
I i
[ai] hərfi iki cür oxunur.
İ i [ai] hərfi vurğulu açıq hecada əlifbadakı adı kimi [ai]
oxunur. Məsələn:
I i [aɪ] I. ingilis əlifbasının doqquzuncu hərfi II. "mən" şəxs
əvəzliyi (obyekt halı me)
time [taɪm] vaxt, zaman
fine [faɪn] çox qəşəng, gözəl
life [laɪf] həyat, ömür
nice [naɪs] qəşəng, yaxşı
pine [paɪn] şam, şam ağacı
ice [aɪs] dondurma
Ii
hərfi vurğulu qapalı hecada [i] kimi oxunur. Məsələn:
it [ɪt]1) "o" şəxs əvəzliyi 2) "bu" işarə əvəzliyi;
İt is a map. Bu xəritədir.
in [ɪn] (“harada?” sualına cavab verib yer bildirərkən) –da, -də,
içində; içərisində; –la, -lə, ilə kimi, tərzi hərəkət zərfi kimi
tərcümə edilir; in pencil karandaşla;
is,'s [ɪz; z] (saitlərin və cingiltili samitlərdən sonra), s (kar
samitlərdən sonra) "be" fe'linin indiki zamanın 3-cü şəxsinin xəbər
forması
if [ɪf] əgər
ill [ɪl] xəstə
it's [ɪts] it is-in qısa forması
Qeyd:
-ld hərf birləşməsi qarşısında “i” hərfi [ai] kimi oxunur.
mild [maɪld] zərif, yumşaq, zəif
Yy [wai] hərfi üc cür oxunur.
Yy hərfi sözlərin əvvəlində [j] kimi oxunur və bu səs Azərbaycan
dilindəki [y] səsinə oxşayır. Məsələn:
Yy hərfi təkhecalı sözlərin sonunda [ai] kimi oxunur.
Məslən:
by [baɪ] yanaşı, yanında
my [maɪ] mənim (yiyəlik əvəzliyi)
Yy hərfi iki və daha artıq hecalı sözlərin sonunda [i] kimi oxunur. Məsələn:
tidy ['taɪdɪ] səliqəli, sahmanlı, təmizkar
lady ['leɪdɪ] xanım, qadın
family ['fæmɪlɪ] ailə, fəsilə
baby ['beɪbɪ] uşaq, tifil, çağa
ay hərf birləşməsi [ei] kimi oxunur. Məsələn:
day [deɪ] gün, bir gecə-gündüz
bay [beɪ] körfəz
lay [leɪ] 1) qoymaq, yerinə qoymaq 2) yumurtlamaq
pay [peɪ] zəhmət haqqı, maaş, məvacib
say [seɪ] demək, danışma
gay [geɪ] şən, şad
K k
[kei]
hərfi
[k] kimi oxunur. Azərbaycan dilindəki “kobra” sözündəki [k] səsi kimi
tələffüz olunur. Məsələn:
take [teɪk] almaq, götürmək
make [meɪk] 1) etmək 2) istehsal eləmək, düzəltmək
lake [leɪk] göl
fake [feɪk] saxtasını düzəltmək, saxtalaşdırmaq
Hh hərfi yalnız [h] səsi kimi oxunur.
hat [hæt] şlyapa
has [hæz], [hæz] (tam forması), [həz], [əz] (zəif forması) have
fe'linin indiki zamanının üçüncü şəxs forması
help [help] kömək etmək
ch hərf birləşməsi iki cür oxunur.
ch hərf birləşməsi ingilis mənşəli sözlərdə [tʃ] - [ç] kimi oxunur. Məsələn:
bench [bentʃ] skamya
child [tʃaɪld] uşaq
chide [tʃaɪd] söymək, söyüş eləmək
chime [tʃaɪm] 1) zəng 2) pl. zəng səsi
chin [tʃɪn] çənə
Yunan mənşəli sözlərdə isə ch hərf birləşməsi [k] səsi kimi oxunur.
characteristic [,kærɪktə'rɪstɪk] səciyyəvi xüsusiyyət
chemistry ['kemɪstrɪ] kimya
ache [eɪk] v. ağrımaq, sızıldamaq
[tʃ] və [k] səslərinin hər ikisi Azərbaycan dilinin də səs
sistemində vardır.
ck hərf birləşməsi [k] səsi kimi oxunur.
chick [tʃɪk] cücə
black [blæk] qara rəng
back [bæk] 1) arxa 2) dal, kürək 3) söykənəcək (stulda, kresloda)
tack [tæk] düyməcik; mıxça
sh hərf birləşməsi [ʃ] səsi kimi oxunur.
she [ʃi:]
o (qadın cinsi)
shelf [ʃelf] rəf, ləmə taxça
ash [æʃ] kül, toz
shame [ʃeɪm] həya, abır
sheen [ʃi:n] parıltı, şəfəq, şö'lə
sheep-dog ['ʃi:pdɔg]
qoyun iti, çoban iti
sheep [ʃi:p] qoyun; qoç
P p hərfi bir cür - [p] səsi kimi oxunur.
pen [pen], [d] 1. n. qələm, qələmucu, pero 2. v. Yazmaq
pencil ['pensl] 1. n. karandaş 2. v. yazmaq, çəkmək, karandaşla
qeyd eləmək
pencil-case ['penslkeɪs] qələmdan, qələm qabı
plate [pleɪt] boşqab
pact [pækt] pakt, saziş, müqavilə
page [peɪʤ] 1. n. səhifə 2. v. nömrələmək (səhifəni)
spell [spel], [d] sözü hərfbəhərf yazmaq yaxud tələffüz etmək
O o hərfi əsasən iki cür oxunur.
O o hərfi vurğulu açıq hecada [ou] kimi oxunur.
no [nou] yox, xeyir
note [nout] 1) qeyd eləmək, bildirmək; 2) yazmaq.
rose [rouz] qızılgül
go [gou] getmək; let’s go! getdik! gedək!
so [sou] belə; beləliklə; o qədər, o dərəcədə
o[ou] ikitərəfli səsdir. (diftonqdur) . İngilis dilindəki [ou] səsi
Azərbaycan dilindəki [o] və [u] səslərinin birləşməsi ilə müqayisə
ediə bilər. today [tə'deɪ] bu gün
Vurğulu qapalı hecada “o” hərfi [ɔ] səsi kimi oxunur. [ɔ] səsi
Azərbaycan dilindəki [o] səsinin qısa və yığcam tələffüzünə
oxşayır. Azərbaycan dilindəki “on” sözündəki [o] səsi ingilis
dilindəki [ɔ] səsinə oxşayır. Məsələn:
on [ɔn] - da, -də, üstündə
hot [hɔt] qaynar, isti;
dot [dɔt]. nöqtə
not [nɔt] yox, deyil, xeyir
fond [fɔnd] sevən, istəyən, oxşayı
pot [pɔt] dibçək, qazança
oo hərf birləşmələri
Qoşa oo hərf birləşmələri adətən uzun [u:] kimi oxunur. Məsələn:
too [tu:] 1) həmçinin, həm də, eyni zamanda 2) bundan başqa,
savayı
food [fu:d]
yemək, ərzaq, qida, yem
spoon [spu:n]
qaşıq
room [ru:m]
otaq
goose [gu:s]
qaz (quş)
fool [fu:l]axmaq, səfeh
oo hərf birləşməsi –d, -k, -t hərflərinin qarşısında qısa [u] səsi
kimi oxunur. Məsələn:
good [gud] 1) yaxşı 2) xeyirxah 3) sevimli, əziz, qəşəng;
book [buk] kitab
hook [huk] qarmaq, çəngəl
look [luk] baxmaq, nəzər salmaq
foot [fut] 1) ayaq, addım on foot piyada 2) ayağın altı, pəncə 3)
fut (30,48 sm);
goods [gudz] 1) mal, əmtəə 2) əşya, əmlak, mülk
Uu [ju:] hərfi iki cür oxunur.
Uu [ju:] hərfi vurğulu açıq və şərti açıq hecalarda [ju:] kimi
oxunur. [ju:] səsi Azərbaycan dilindəki [you] səs birləşmələri ilə
müqayisə edilə bilər. Məsələn:
due [dju;] lazımi, lazım olan
mute [mju:t] 1) dinməz, danışmaz, az danışan 2) lal
student ['stju:dənt] 1) tələbə 2) öyrənən (nəyisə)
pupil ['pju:pl] I. şagird, tələbə (tərbiyə alan) II. bəbək, göz
bəbəyi
Uu [ju:] hərfi vurğulu qapalı hecalarda [ʌ] kimi oxunur. [ʌ]
səsini tələffüz edərkən ağız boşluğu açılır; dilin orta hissəsi
yuxarıya qalxır və dodaqlar adi vəziyyət alır. Sanki Azərbaycan
dilindəki [a] səsinin qısa variantı tələffüz olunur. Məsələn:
shut [ʃʌt] örtmək, bağlamaq; kilidləmək
but [bʌt] amma , lakin, ancaq
bus [bʌs] n. avtobus v. avtobusda getmək
put [put] qoymaq, yerinə qoymaq
us [ʌs] bizi, bizə
R r [a:] hərfi bir cür, [r] kimi oxunur. Azərbaycan dilindəki [r]
səsindən fərqli olaraq ingilis dilindəki [r] səsini tələffüz edərkən
dilin ucu üst dişlərin yuvaqlarına doğru qalxır və dilin ucu ilə
yuvaqlar arasında nov əmələ gəlir. İngilis dilindəki [r] səsini
tələffüz edərkən dil titrəmir. Məsələn:
red [red] qırmızı; get red qızarmaq, qırmızı rəng almaq
read [ri:d], [red] 1) oxumaq, mütaliə eləmək 2) öyrənmək
rat [ræt] siçan, siçovul
rouse [rauz] - burun
rose [rouz] qızılgül
arrest [ə'rest] 1) tutmaq, həbs etmək 2) cəlb etmək (diqqəti)
fresh [freʃ] təzə, tər, təravətli
th [tiːeɪtʃ] hərf birləşməsi
iki cür oxunur.
Cingiltili [ð] səsi kimi. [ð] səsi Azərbaycan dilində yoxdur.
Bu
səsi [d] və [z] səsləri ilə qarışdırmaq olmaz. [ð] səsinin
tələffüzü zamanı dilin ucu dişlərin arasında olur və güclü nəfəs
axını ilə dilin ucu geri çəkilir. Məsələn:
this [ðɪs] bu
that [ðæt], [ðət], hansı
the [ði ], müəyyən artikl
they [ðeɪ] onlar
kar [θ] səsi kimi
[θ] səsi Azərbaycan dilində yoxdur. Bu səsi [s] ilə qarışdırmaq
olmaz. [θ] səsinin tələffüzündə dilin ucu dişlərin arasında durur
və zəif nəfəs axını ilə dilin ucu geri çəkilir. Məsələn:
bath [bɑ:θ] 1) vanna, çimmə 2) yuyunmaq, çimmək
three [θri:] üç
thin [θɪn] zərif; arıq, sısqa
thick [θɪk] yoğun
er [i: a:] hərf birləşməsi iki cür oxunur.
er [i:; a:] hərf birləşməsi üzərinə vurğu düşdükdə ( vurğulu
halda) [ə:] kimi oxunur. [ə:] səsi Azərbaycan dilindəki [ə:]
səsindən tamamilə fərqlənir. İngilis dilində [ə:] səsini tələffüz
edərkən dodaqlar yuvaqlara dartılır, ağız boşluğu azca açılır.
Məsələn:
person ['pəːsn] 1) şəxs, şəxsiyyət, adam, zat; in one’s (own)
person şəxsən, şəxsən özü 2) qram. şəxs
fern [fəːn] bot. ayıdöşəyi, qıjı
her [həː] I. she (şəxs əvəzliyinin obyekt halı) II. qadın cinsinə
aid olan yiyəlik əvəzliyi, öz
er vurğusuz vəziyyətdə neytral [ə] kimi oxunur və əsasən sözlərin
sonunda işlədilir. Məsələn:
sister ['sɪstə] bacı
father ['fɑ:ðə] ata
brother ['brʌðə] qardaş
teacher ['ti:tʃə] müəllim
letter ['letə] məktub
Misallardan da göründüyü kimi r hərfi sözlərin sonunda oxunmur.
Lakin ondan sonra saitlə başlanan söz gələrsə,
onda “r” hərfi ötəri
tələffüz olunur.
The car and the tram. [ðə kɑ:r ænd ðə træm] maşın və tramvay.
The teacher and the student. [ðə 'ti:tʃə r ænd ðə 'stju:dənt].
Müəllim və tələbə.
ar [ei a:] hərf birləşməsi bir cür, [a:] kimi oxunur. [a:] səsi
Azərbaycan dilindəki [a:] səsinin uzun tələffüz olunan variantına
oxşayır. Təqribən Azərbaycan dilindəki saat, maarif sözlərindəki
[a:] səsinə uyğun gəlir. Məsələn:
article ['ɑ:tɪkl] məqalə
car [kɑ:] avtomobil, minik avtomaşını
far [fɑ:] uzaq, uzaqda
ey [i: wai] hərf birləşməsi[ei] kimi oxunur.
Məsələn:
hey [heɪ] ey! (çağırış nidası)
they [ðeɪ] pers. pron. onlar
grey [greɪ] boz
ou hərf birləşməsi [u:] kimi oxunur. Məsələn:
you [ju:] (tam forma), yu (zəif forma) sən; siz (şəxs əvəzliyi);
sizə, sizi; səni, sənə
group [gru:p] 1) qrup 2) qruplaşmaq
Z z hərfi [z] səsi kimi oxunur. Azərbaycan dilindəki [z] səsinə
oxşayır. Sözün sonunda nisbətən qüvvətli tələb olunur. Məsələn:
Zoo [zu:] zoopark, heyvanxana
has [hæz], have fe'linin indiki zamanının üçüncü şəxs forması
as [æz], kimi nə vaxt ki; -anda, -əndə;
does [dʌz] do-nun indiki zamanın mə'lum növünün 3-cü şəxs forması
zeal [zi:l] qeyrət, sə'y, cəhd, həvəs
zero ['zɪərou] sıfır; heç
zone [zoun] zona, qurşaq; zolaq; rayon, bölgə
Qq [kju:] hərfitək işlənmir. Həmişə qu birləşməsi şəklində yazılır
və [kw] kimi oxunur. Məsələn:
quite [kwaɪt] bütöv, tamamilə, büsbütün
quiet ['kwaɪət] sakitlik, sükut, səssizlik
quick [kwɪk] tez, cəld, tə'cili, zirək
J j [ʤei]
hərfi həmişə [ʤ]
səsi kimi oxunur.
January ['ʤænjuərɪ]
yanvar
japan [ʤə'pæn]
qara
lak jam [ʤæm]
basmaq, əzmək, sıxmaq
jazz [ʤæz]
caz, estrada orkestri
jeer [ʤɪə]
istehza, gülmə, lağa qoyma
jerk [ʤə:k]
qaxac etmək, qurutmaq (əti, balığı və s.)
Ww ['dʌblju:] hərfi [w] səsi kimi oxunur.
Azərbaycan dilində belə aəs yoxdur. [w] səsinin tələffüzündə
dodaqlar bir anlığa gərginləşir, onlar arasında dar bir nov əmələ
gəlməklə irəli uzanır. Dilin arxa hissəsi isə yumşaq damağa doğru
uzanır. Bu səsin tələffüzünü dodaq-diş samiti olan [v] ilə
qarışdırmaq olmaz. [w] səsi qoşadodaq, dilarxası, novlu sonor
səsdir.
we [wi:] biz (şəxs əvəzliyi)
weak [wi:k] zəif
weaver ['wi:və] toxucu; toxucu qadın
web [web]
wed[wed] nigahlanmaq; nişanlanmaq
Wednesday ['wenzdɪ] çərşənbə
week [wi:k]
həftə; in a week bir həftədən sonra
weep [wi:p] ağlamaq
welcome ['welkəm] xoş gəlmişsiniz!
Xx [eks] hərfi iki cür oxunur.
Sözün sonunda və vurğulu hecadan sonra [ks] kimi oxunur.
fix [fɪks] müəyyən etmək, tə'yin etmək
mix [mɪks] qarışdırmaq
six [sɪks] altı
next [nekst] növbəti, yaxındakı, o biri;
text [tekst] mətn
fox [fɔks] tülkü
box [bɔks] qutu, yeşik, sandıq
toxic ['tɔksɪk] zəhərli; toksik
proximity [prɔk'sɪmɪtɪ] yaxınlıq
wax [wæks] çıxmaq, doğmaq (Ay)
tax [tæks] vergi
Xx vurğulu hecada saitdən əvvəl [gz] kimi oxunur.
exist [ɪg'zɪst] həyat sürmək, yaşamaq, dolanmaq
exotic [ɪg'zɔtɪk] ekzotik, qeyri-adi, qəribə
exult [ɪg'zʌlt] şadyanlıq etmək, sevinmək, şənlik etmək
oy [ou: wai] hərf birləşməsi [ɔi] diftonqu kimi oxunur. Azərbaycan
dilində bu səsi ou səslərinin birləşməsi kimi müqayisə etmək olar.
oy birləşməsi bir qayda olaraq sözlərin sonunda işlənir. Məsələn:
joy [ʤɔɪ] sevinc, ləzzət, məmnunluq
boy [bɔɪ] oğlan, gənc, cavan
toy [tɔɪ] oyuncaq; əyləncə
hoy! [hɔɪ] ey!
royal ['rɔɪəl] kral, hökmdar, padşah
or [ou; a:] hərf birləşmələri üç cür oxunur.
vurğulu vəziyyətdə [ɔ:] səsi kimi oxunur.
Məsələn:
for [fɔ:] üçün, xatirinəötrü, ucundan, ucbatından
or [ɔ:]
ya, ya da, yaxud
horse [hɔ:s]
at
Qeyd:
oor [ou; ou; a:] hərf birləşmələri də [ɔ:] səsi kimi oxunur.
Məsələn:
door [dɔ:] qapı; floor [flɔ:] döşəmə; ore [ɔ:] filiz
2) or [ou; a:] hərf birləşmələri vurğusuz vəziyyətdə [ə] səsi kimi
oxunur. Məsələn:
doctor ['dɔktə] həkim, doktor
rector ['rektə] rektor
sailor ['seɪlə] dənizçi, matros
3) or [ou; a:] hərf birləşmələri w hərfindən sonra [ə:] səsi kimi
oxunur. Məsələn:
work [wə:k] 1) iş, əmək, zəhmət; fəaliyyət 2) işləmək
worker ['wə:kə] fəhlə; işçi
word [wə:d] söz, kəlmə;
A a hərfinin ənənəvi oxunuşundan başqa aşağıdakı fərqli oxunuş
qaydaları da vardır:
a) Aa hərfi – ll samitlərinin qarşısında [ɔɪ] kimi oxunur. Məsələn:
all [ɔ:l] bütün, hamısı
all - Union ['ɔ:l'ju:njən] ümumittifaq
ball [bɔ:l]
pülək, şar, top
call [kɔ:l] adlandırmaq, çağırmaq
tall [tɔ:l] hündür, uca; boylu-buxunlu
Qeyd:
Sözün sonu a +(l) + hər hansı bir samitlə bitərsə, - l hərfi
oxunmur. Məsələn:
alms [ɑ:mz] sədəqə, ehsan
chalk [tʃɔ:k] n. təbaşir ; v. təbaşirlə yazmaq, xətt çəkmək
talk [tɔ:k] danışmaq, söhbət eləmək
b) Aa hərfi aşağıdakı hərf birləşmələrindən sonra [a:] səsi kimi
tələffüz olunur;
a+nce France
[fra:ns] Fransa
a + nt plant [plɑ;nt]
bitki əkmək, salmaq
a + st past [pɑ:st]
ötən, keçən, keçmişdə olan
a + ss pass [pɑ:s]
ötürmək, buraxmaq, vermək
a + sk ask [ɑ:sk]
soruşmaq
a + th bath [bɑ:θ]
1) vanna ; 2) yuyunmaq, çimmək
ç) Aa hərfi aşağıdakı hallarda w hərfindən sonra [ɔ] səsi kimi
oxunur;
want [wɔnt] 1) möhtac olmaq, ehtiyacı olmaq 2) istəmək
wash [wɔʃ] yumaq; yuyub təmizləmək
water ['wɔ:tə] 1. n. su; 2) durulaşdırmaq, qatmaq (su); su vermək,
sulamaq (mal-heyvanı);
water fall şəlalə
watch [wɔtʃ] cib yaxud qol saatı
3) Alınma sözlərin sonu -age və - ade ilə bitərsə a hərfi [i]
kimi oxunur. Məsələn:
comrade ['kɔmrɪd] yoldaş
cabbage ['kæbɪʤ]
kələm
cottage ['kɔtɪʤ]
kənd evi, koma, daxma
Ee hərfi bəzi hallarda qısa [i], bəzi hallarda isə uzun [I :] səsi
kimi oxunur. Məsələn:
English ['ɪŋglɪʃ] ingilis dili
evening ['iːvnɪŋ] axşam
Qeyd: e hərfi vurğusuz halda neytral [ə] səsi kimi də oxuna bilir.
Məsələn:
open ['oupən] açıq açmaq, başlamaq (yığıncağı və s.)
student ['stju:dənt] tələbə
O o hərfi
a) Oo hərfi n, m, f, v, th hərflərinin qarşısında [ʌ] səsi kimi
oxunur. Məsələn:
son [sʌn] oğul
some [sʌm] kim isə, birisi, bir nəfər; bə'zi, hər hansı
love [lʌv] sevmək
mother ['mʌðə] ana
b) Oo hərfi [u:] səsi kimi oxunur. Məsələn:
who [hu:]
kim
whose [hu:z]
kimindir? kimin? kiminki?
whom [hu:m]
kimi, kimə; hansını
ç) Oo hərfi [ou] hərfi kimi oxunur. Məsələn:
whole [houl] bütün, bütöv
hope [houp] 1. n. ümid 2. v. ümid etmək
sole [soul] ayağın altı; alt, altlıq
ng hərf birləşməsi iki cür oxunur.
a) [ŋ] səsi kimi. Bu səs burun səsidir. Tələffüz zamanı dilin arxa
hissəsi aşağı enir və yumşaq damağa söykənir. Hava axını burun
boşluğundan keçir.
morning ['mɔ:nɪŋ] səhər, sabah
ring [rɪŋ] zəng eləmək
bring [brɪŋ] gətirmək
b) ng hərf birləşməsi –l, -r, -w hərflərinin hər hansı birinin
qarşısında işləndikdə [ŋg] kimi oxunur. [ŋg] səsləri müstəqil
[ŋ] və [g] səslərinin birlikdə tələffüzü kimidir. Məsələn:
wh ['dʌblju: eɪtʃ] hərf birləşməsi iki cür oxunur.
a) ümumiyyətlə [w] səsi kimi oxunur.
Məsələn:
what [wɔt] nə; necə, hansı
where [wɛə] harada; hara; ora
when [wen] nə vaxt, haçan, nə zaman
b) wh hərf birləşməsi “o” hərfindən əvvəl gələrsə, həmişə [h] səsi
kimi oxunur.
Məsələn:
who [hu:]
kim
whose [hu:z]
kimindir? kimin? kiminki?
whole [houl] bütün, bütöv
whom [hu:m]
kimi, kimə; hansını
-ie və - ei hərf birləşmələri [i:] səsi kimi oxunur. Məsələn:
field [fi:ld] çöl, tarla, biçənək, otlaq
receive [rɪ'si:v]
almaq, qəbul etmək
ceiling ['si:lɪŋ] tavan, pərdi
istisna:
friend [frend] dost, rəfiqə, yoldaş
- ur və -ir hərf birləşmələri [ə:] səsi kimi oxunur. Məsələn:
turn [tə:n] çevrilmək, dönmək; fırlanmaq
burn [bə:n] yandırmaq, alışdırmaq
return [rɪ'tə:n] qayıtmaq
girl [gə:l]
1) qız 2) cavan qadın
bird [bə;d] quş
third [θə:d] üçüncü
ew hərf birləşməsi [ju:] səsi kimi oxunur.
Məsələn:
new [nju;] yeni, təzən
ephew ['nevju;] qardaş oğlu, bacı oğlu
few [fju:]
bir para adamlar, bəzilər, az, bir ovuc
our hərf birləşmələri [auə] kimi oxunur.
[auə] üçtərkibli
(triftonq) səsdir. Triftonqun birinci elementi qüvvətli, qalanları
isə zəif tələffüz olunur. Məsələn:
eir hərf birləşməsi [ɛə] kimi oxunur.
[ɛə] səsi diftonqdur.
Birinci elementi [ɛ] Azərbaycan dilindəki “e” hərfinin nisbətən
açıq tələffüz variantıdır. İkinci element isə neytral səsdir.
Məsələn:
heir [ɛə] vərəsə, varis
heirloom ['ɛəluːm] miras, nəsildən-nəsilə keçən şey
their [ðɛə] onların ( şəxs əvəzliyi)
ere hərf birləşməsi [iə] səsi kimi oxunur və o, diftonqdur. Məsələn:
here [hɪə] 1) burada 2) bura
sphere [sfɪə] 1) kürə, şar 2) qlobus, yer kürəsi
mere [mɪə] açıq, aydın, tam
o+ld
Oo hərfi –ld hərf birləşmələrinin qarşısında [ou] kimi oxunur.
Məsələn:
fold [fould] qatlamaq, əymək;
old [ould] qoca;
cold [kould] soyuq
i+nd
İi hərfi – nd hərf birləşməsinin qarşısında [ai] kimi
axunur. Məsələn:
find [faɪnd] tapmaq, aşkar eləmək
child [tʃaɪld] uşaq
kind [kaɪnd] növ, fəsilə
istisna:
wind [wɪnd] külək
ow [ ou dʌblju:] hərf birləşməsi [au] diftonqu kimi oxunur. Məsələn:
crowd [kraud] izdiham
how [hau] necə, hansı yolla, hansı tərzdə;
how many?, how much? neçə? nə qədər? hansı miqdarda?
how do you do Salam əleykim! Salam!
now [nau] indi, bu saat , hal-hazırda
cow [kau] I. inək II. qorxutmaq, hədələmək
– ow [ ou; dʌbljuː] hərf birləşməsi çoxhecalı sözlərin tərkibində, sözün sonunda vurğusuz halda [ou] diftonqu kimi oxunur. Məsələn:
window ['wɪndou] pəncərə yellow ['jelou] sarı
ow [ ou dʌblju;] hərf birləşməsi təkhecalı və birinci hecası
vurğulu olan ikihecalı sözlərin sonunda [ou] diftonqu kimi
oxunur. Məsələn:
grow [grou] böyümək, boy atmaq
blow [blou] əsmək
low [lou] movuldamaq, böyürmək
narrow ['nærou] darısqal
ow [ ou dʌblju;] hərf birləşməsi sözlərin ortasında , əsasən –n,
-l, -b hərflərindən əvvəl [au] diftonqu kimi oxunur.
Məsələn:
town [taun] şəhər
howl [haul] vıyıldamaq
crown [kraun] tac, çələng, əklil
brown [braun] qəhvəyi, darçını
ow [ ou dʌblju;] hərf birləşməsi söz kökünün sonunda və eyni kökdən
düzəldilən sözlərdə [au] diftonqu kimi oxunur. Məsələn:
now [nau] indi, bu saatı, haliyədə, hal-hazırda
how [hau] necə, hansı yolla, hansı tərzdə;
allow [ə'lau] icazə vermək
allowance [ə'lauəns] pul yardımı, tə'minat, vəsait, cibxərcliyi
Qeyd:
– ow [ ou; dʌblju;] hərf birləşməsinin düzgün oxunuşunu
müəyyənləşdirməkdən ötrü lüğətə müraciət etmək məsləhətdir.
oa hərf birləşməsi əsasən sözün ortasında, bəzən də əvvəlində [ou]
diftonqu kimi oxunur. Məsələn:
goat [gout] təkə, erkək keçi
coat [kout] 1) palto 2) pencək
soap [soup] sabun
oak [ouk] palıd
oat [out] yulaf
float [flout] üzmək, uçmaq, süzmək
goal [goul] məqsəd
foam [foum] köpük
throat [θrout] boğaz, xirtdək
ai hərf birləşməsi samitlə bitən sözlərin əvvəlində və ortasında
[ei] diftonqu kimi oxunur. Məsələn:
aim [eɪm] nişan, nişangah, hədə
faid [eɪd] kömək, yardım etmək
ail [eɪl] narahat etmək, əzab vermək, ağrıtmaq
faint [feɪnt] zəif
vain [veɪn] boş, bihudə, əbəs, mə'nasızex
plain [ɪks'pleɪn] izah etmək, aydınlaşdırmaq
main [meɪn] əsas, baş;
saint [seɪnt] müqəddəs
paint [peɪnt] rəngləmə, boyama, rəng, şir
plain [pleɪn] düzənlik, düzəngah, düzən yer
wait [weɪt] gözləmək
waist [weɪst] bel
ay hərf birləşməsi söz kökündə və vurğulu hecada [ei] diftonqu
kimi oxunur. Məsələn:
day [deɪ] gün, bir gecə-gündüz
play [pleɪ] 1) oyun 2) pyes
say [seɪ] demək, danışmaq
may [meɪ] bilərəm, bilərsən, bilər, bilərik
pay [peɪ] zəhmət haqqı, maaş, məvacib
gray [greɪ] bo
ray [spreɪ] budaq; zoğ
tray [treɪ] məcməyi, sini
ray [reɪ] şüa
rayon ['reɪɔn] süni ipək, viskoz
sway [sweɪ] idarə eləmək
lay [leɪ] yumurtlamaq
holiday ['hɔlədɪ] bayram
pray [preɪ] dua etmək, ibadət etmək
bay [beɪ] körfəz
oi hərf birləşməsi sözün əvvəlində və ortasında [ɔi] diftonqu kimi
oxunur. Məsələn:
oil [ɔɪl] 1) bitki yaxud mineral yağ 2) neft
boil [bɔɪl] irin, yara, çiban
join [dʒɔɪn] birləşdirmək
toil [tɔɪl] zəhmət çəkmək, çalışmaq
coin [kɔɪn] pul, xırda pul
oy hərf birləşməsi sözün kökündə [ɔi] diftonqu kimi oxunur. Məsələn:
boy [bɔɪ] oğlan, gənc, cavan
toy [tɔɪ] oyuncaq; əyləncə
royal ['rɔɪəl] kral, hökmdar, padşah
employ [ɪm'plɔɪ] tutmaq, işə götürmək
envoy ['envɔɪ] elçi, nümayəndə, müjdəçi
ou hərf birləşməsi qapalı hecada sözün əvvəlində və ortasında [au]
diftonqu kimi oxunur. Məsələn:
out [aut] içəridən bayıra, eşiyə, kənara, kənar
daloud [laud] bərk, uca, gurultulu
cloud [klaud] bulud, qara bulud
shout [ʃaut] qışqırıq, çığırtı
round [raund] dəyirmi, girdə, yumru
stout [staut] güclü, möhkəm
mount [maunt] təpə, dağ
pound [paund] vurmaq, döymək, döyəcləmək
found [faund] tökmək, qoymaq, hörmək
proud [praud] məğrur, iftixarlı, qürurlu;
istisna:
young [jʌŋ] gənc, cavan
country ['kʌntrɪ] 1) ölkə 2) vətən
cousin ['kʌzn] əmi oğlu
ere hərf birləşməsi here [hɪə] sözündə olduğu kimi [iə] oxunuşundan
başqa, müstəsna hallarda [ƐƏ] kimi də oxuna bilir. Məsələn:
therefore ['ðɛəfɔ:] ona görə də, buna görə də, nəticə e'tibarı ilə; bu
səbəbdən
there [ðɛə]
1) orada 2) ora, oraya
where [wɛə] harada; hara; ora
w+r
W hərfi - r hərfinin qarşısında oxumur. Məsələn:
write [raɪt] (wrote; written) yazmaq
wrestle ['resl] v. güləşmək
wrong [rɔŋ] ədalətsiz, yaramaz, pis
i+gh
i hərfi - gh hərf birləşmələrinin qarşısında [ai] kimi oxunur,
-gh hərf birləşməsi isə oxunmur. Məsələn: