Distant ibtidai məktəb fəaliyyətə başlamışdır. Bu məktəbin əsas vəzifəsi ibtidai sinif şagirdlərini dərsdən sonra onların istəyinə uyğun olaraq əlavə hazırlamaq və ev tapşırıqlarının yerinə tetirmələrində kömək etməkdir. Bu üsul onların təhlükəsizliyini təmin edir və şagirdin dərslik , dərs vəsaitləri, test üzərində daha sərbəst çalışmasına aparıb çıxarır. Şagird passiv dinləyici vəziyyətindən aktiv fəaliyyət mərhələsinə daxil olur. Yaradıcılıq meylləri inkişaf edir və o, özünü cəmiyyətin layiqli vətəndaşı hesab edir. Övladının bu cür injişafı hər bir valideynin ürəyincədir və təhsilin bu üsulunu dəstəkləyirlər. Bundan başqa şagird istər qonaq getsin, istər xaricə getsin, yenə də hazırlıq imkanı onun əlindən alınmır. Ona görə də onlar özlərini ruhən azad hiss edirlər.
Distant Təhsil Kursunda Azərbaycan dili fənninə aid öyrədici və yoxlama testləri satılır. Bu testlər digər fənlər üçün də hazırlanacaqdır. Bu testlər cavabları həmin anda öyrənməyə imkan verir.
Beşinci sinifdən yuxarı bütün şagirdlər üçün inşa müsabiqəsi keçirilir. Göndərilmiş bütün inşalar “İnşa bankı” bölümündə yerləşdiriləcək. Ən yaxşı qiymət almış inşalar ilin sonunda kitab şəklində buraxılacaq. İnşaların mövzusu sərbəsdir. Hər kəs istənilən mövzuda inşa göndərə bilər. İnşalar Word formatında yazılmalı, müəllifin oxuduğu məktəbin adı, özünü adı, soyadı, atasının adı və elektron poçt ünvanı inşanın sonunda yazılmalıdır. Biz inşanı İnternetdə yerləşdirən zaman yalnız adını və soyadınızı, elektron poçt ünvanınızı göstərəcəyik. Məktəbin adı gizli saxlanılacaq və yalnız kitabda dərrc olunacaq.
Hörmətli yaradıcı insanlar! Yəqin ki, hər birinizin çoxlu şeirləri, hekayələri , elmi məqalələri, dərs təqdimatları, layihələri və rəsm işləri var. Ancaq onları kütləvi şəkildə unsanlara təqdim edə bilmirsiniz. Bu işə çoxlu maddi vəsait tələb olunur. Bu problemi həll etməkdən ötrü biz ildə iki dəfə “Yaradıcılıq almanaxı” hazırlamağı nəzərdə tutmuşuq. Bu almanaxda sizin göndərdiyiniz yaradıcı işlər toplanacaq. İlk almanax 2011-ci ilin yanvarında işıq üzü görəcək Sizin göndərdiyiniz bütün materiallar növbəlilik əsasında burada yer alacaqdır.
Siz öz materiallarınızı Word formatında 14 keql ölçüdə Times New Roman və ya Ariall şriftləri ilə yığdırıb bizə göndərməlisiniz. Materiallar elektron məktuba fayl şəklində əlavə edilməli və redaktorfm@box.az və katib@box.az ünvanlarına göndərilməlidir. Şəkillər isə skan edilib, JPEG formatında saxlanmalı, ayrıca qovluğa yığılmalı və zip. şəklində bizə göndərilməlidir. Materiallara soyadınız, adınız və atanızın adı, əlaqə telefonunuz, elektron poçt ünvanınız əlavə edilməlidir.
Materiallar bizə göndərilən kimi onun bir hissəsi saytın bu bölümündə yerləşdiriləcək. Qalan hissəsini isə oxucular almanaxa abunə olmaqla alıb oxuya biləcəklər. Abunə haqqı on manatdır.
Material göndərən insanlar dərhal on manat xidmət xərcini bizim bank hesabımıza köçürürlər. Bu xərc 1 MB həcm üçün nəzərdə tutuluşdur. 2 MB həcmədək materiallar üçün isə 15 manat ödənilməlidir. Ancaq bunun müqabilində biz materialları göndərən yaradıcı şəxslərə bir almanax hədiyyə edəcəyik. Müəlliflərə satışdan əldə edilən gəlirlərdən 25 faiz qonorar ödəniləcək.
Almanaxa abunə olanlar əlaqə telefonunu, elektron poçt ünvanını, ad və soyadlarını dəqiq yazmalıdırlar.